Загрузка...

Kral duruşu: onurğa sütununu düzəldən sadə məşq - FOTO

Onurğa sütununun əyriliyi son illərdə olduqca geniş yayılmış haldır. Bu problemi  həm idman məşqləri, həm də tibbi yollarla bərpa etmək mümkündür.

İdman sayəsində onurğa sütununda yaranmış xoşagəlməz ağrılardan qısa müddətdə xilas ola və nəhayət ideal qamətə sahib ola bilərsiniz. Bu, xüsusilə oturaq həyat tərzi yaşayanlar və ya ofisdə xeyli vaxt kompüter qarşısında oturan insanlar üçün aktualdır.

Çıxış vəziyyəti

Qarnı üstə dümdüz uzanın və alnınızı yerə qoyun. Əllərinizi ombalara doğru sıxın. Dirsəkləri düz saxlayın, ayaqları bir-birinə yapışdırın.

Nəfəs verin

Əllərin və ayaqların vəziyyətini dəyişməmək şərti ilə əvvəlcə başınızı, ardıcıl olaraq sinəni yixarı qaldırın.

Nəfəs alın

Bədəni və başı yavaş-yavaş aşağı salın. Bu hərəkəti 10 dəfə təkrar edin.

Həftədə cəmi 3 dəfə bu tapşırığı yerinə yetirərək siz onurğa əzələləri, qarın və yanları möhkəmləndirəcəksiniz. Bütün bunlar daxili orqanlarının işinə də müsbət təsir göstərəcək və siz özünüzü daha yaxşı hiss edəcəksiniz.

Publika.az

 

.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика