Загрузка...

Qadınlarda hormonal pozulmalar və sonsuzluq

Bu hal endokrin sonsuzluq adlanır. Sonsuzluğun ən çox təsadüf edilən səbəblərindən biri də qadın orqanizmində olan hormonal pozğunluqlardır.

Orqanizm tərəfindən hazırlanan hormonların, demək olar ki, hamısı cinsi funksiyalara təsir edirlər. Məhz buna görə, hər hansı bir hormonun və ya bir neçə hormonun istehsal olunmasında pozğunluq baş verdikdə, qadında sonsuzluq inkişaf edə bilər. Bunu nəzərə alaraq, sonsuzluğa görə müalicə alan bütün qadınlara hormonal fonun müayinələri - həm qadın hormonları, həm də qalxanvari vəzi hormonları təyin olunur.

Əgər qadın orqanizmində estrogenlərin çatışmazlığı olarsa, onun yumurtalıqlarında yumurta hüceyrəsinin yetişməsi baş vermir. Bu isə ovulyasiyanın, daha sonra isə hamiləliyin baş verməməsinə səbəb olur. Digər tərəfdən, progesteron hormonunun çatışmazlığı isə ovulyasiya və mayalanma nəticəsində əmələ gəlmiş olan rüşeymin uşaqlığın daxili qişasına implantasiya oluna bilməyəcəyi ilə nəticələnmiş olacaq.

Bəs qadınlarda hormonal fonun dəyişməsinin səbəbi nədədir?

Bu, qadın cinsiyyət vəzilərində - yumurtalıqlarda olan patoloji proseslər, həmçinin endokrin orqanların xəstəlikləri ola bilər: baş beyində yerləşən mərkəzi orqanlar – hipofiz və hipotalamus və periferik orqanlar olan – qalxanvari vəzi, böyrəküstü vəzilər və digərləri.

Qız uşağının anormal sürətli və ya anormal ləng cinsi yetkinliyi ilə nəticələnə bilən - hormonal fonun anadangəlmə pozğunluqları, hipotalamusun və hipofizin hormonal-aktiv şişləri, böyrəküstü vəzilərin şişləri və vərəmi, endokrin sistemi orqanlarının iltihabi xəstəlikləri də sonsuzluğa səbəb ola bilərlər. Bu halda vaxtında aparılan müayinə və müalicə qız uşağını gələcəkdə baş verə biləcək sonsuzluqdan xilas etməyə imkan verə bilər.

Xoşbəxtlikdən, dölyaratma funksiyasının pozulması zamanı olan bütün dəyişikliklər, heç də hər zaman ağır endokrin xəstəliklərin olması ilə əlaqədar deyil. Əksər hallarda funksional pozğunluqlar da təsadüf edilir ki, onlar da vaxtında aşkar edildikdə asanlıqla müalicə olunurlar. Belə funksional pozğunluqlardan biri - hipotireozdur (qalxanvari vəzinin tiroid hormonlarının çatışmazlığı). Hazırkı zamanda hipotireoz - sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Hipotireoz xəstəliyi zamanı qadında yumurta hüceyrəsinin inkişaf etməsi və ovulyasiya baş vermədiyi üçün hamiləliyin olması da mümkün olmur. Xoşbəxtlikdən bu xəstəliyin müalicəsi kifayət qədər asanlıqla aparılır. Həkim-endokrinoloq xəstəyə orqanizmdə qalxanvari vəzinin çatışmayan hormonlarını təyin etdikdən bir müddət sonra, qadının hormonal fonu normallaşdığı üçün arzu edilən hamiləlik də baş tutur.

Bundan başqa, onu da bilmək lazımdır ki, qadının dərialtı piy təbəqəsi də qadın cinsi hormonları ifraz edir. Bunun nəticəsində, qadının bədən çəkisinin həddən artıq aşağı olduğu halda, bu proses də pozularaq aybaşının tamam itməsi və sonsuzluğun formalaşması ilə nəticələnə bilər.

Digər bir tərəfdən, qadının bədən çəkisinin həddindən artıq olması da hormonal tarazlığın pozulmasına (aybaşı tsiklinin, ovulyasiyanın pozulması) və son nəticədə isə sonsuzluğa səbəb ola bilər. Belə hallarda həkimlər, çəkinin normallaşdırılması məqsədi ilə qadınlara pəhriz saxlamaq, müvafiq dərman preparatları qəbul etmək, idman hərəkətləri ilə məşğul olmaq və s. məsləhətlər görürlər. Çəkinin normallaşdığı halda, pozulmuş hormonal tarazlıq, həmçinin qadının dölyaratma funksiyası da, adətən, bərpa olunur.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#8 Şəbnəm 12.07.2014 08:45
Salam hekim men ayin 10unda az damcilarla aybasi oldum..evvelki lekelerden sonra aybasi oldum.aybasinda n qabaq sol terefden asagi nayiheden berk agri tutdu. bir nece saat sonra aybasi oldum..qorxusu var? Mueyyen sebeblere gore hekimle elaqe saxlaya bilmirem.sizden komek isterdim..
#9 Administrator 12.07.2014 11:03
Aybaşı qurtardıqdan sonra Sizi müalicə edən həkimə müraciət edin.
#10 Zeynab 29.07.2014 09:12
Salam!
1 il 1 aydir aileliyem. Aile qurduqdan sonra ilk 6 ayda qaynanam 2 defe hekime aparib. Her 2sinde ovulyasiyanin getdiyini ve falekun partladigini deyib hekim.
Ancaq men ozum 8ci ayimda basqa hekime getdim. Falekulum partlasa da, normadan boyuk oldugunu dedi. (27 mm). Mene dyufaston heblerini yazdi. 2 ay 16-25-ci gunleri icdim. Novbeti ay falekul artiq 22 idi ve hemin ay 6 gun gecikmem oldu. Test 2 xett gosterdi. Uziye getdiyim gun seher qanaxma oldu ve acilish oldu. Bunun acilis olduguna eminem. Cunki normal aybasi deyildi. Sonradan, dyufastonla hamile qaldigimdan, dyufastonu saxladigim ucun progesteron catismazliginda n acilis oldugunu dediler. 3 aydir yene dyufaston icirem. Ancaq hamile qala bilmirem.
Dyufaston icmediyim dovrde butun hormonal analizleri verdim ve her shey qaydashina chixdi. Bununla bele her 2 ayri hekimin niye dyufaston yazdiqlarini basa dushe bilmirem. Bu aydan artiq dyufastonu icmemeye qerar verdim. Sizce bu dogru addimdir? Yoxsa davam edim?
Ve butun mikrob analizleri vermishem, hec ne cixmayib. Yoldashimda ireli hereketliler 27%dir. Norma 32% goturulub. Ancaq yene de bununla hamile qalmisham 1 defe.
Yeni eger mende ovulyasiya normal gedib partlayirsa, bashqa ne sebeb ola biler hamile qalmamaq ucun?
Evvelceden teshekkuler!
#11 Administrator 29.07.2014 16:39
Bu linkə keçin və sualınızı yerləşdirin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html
#12 Zeynab 30.07.2014 06:12
Tesekkur edirem!
#13 Aysun 03.12.2015 15:39
salam hekim amh hormonu catismadiqda hamile qalmaq olar .ve bu hormonu mualice etmek olar
#14 Administrator 04.12.2015 16:48
Цитирую Aysun:
salam hekim amh hormonu catismadiqda hamile qalmaq olar .ve bu hormonu mualice etmek olar


Bəli, AMH normadan aşağı və ya yuxarı olduqda, sonsuzluq inkişaf edə bilər. Endokrinoloqa müraciət edin. Həkim bu pozulmanın səbəbini təyin etdikdən sonra Sizə lazım olan müalicə təyin edəcək.

Загрузка...
loading...

HƏKİMLƏR

Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика