İshal ciddi bağırsaq problemidir və orqanizmdə bir sıra narahatlığa səbəb olur. Bədəndə həddindən artıq maye itkisinə səbəb olan ishalın ən çox bir neçə gün ərzində keçəcəyi gözlənilir. İshal daha uzun müddət davam edərsə, ciddi problemlərə yol aça bilər.
İshal nədən yaranır?
İshal tibdə diareya kimi tanınan bağırsaq problemidir. İshal çox uzun müddət davam edərsə və müalicə olunmazsa, insan orqanizmində ciddi problemlər yarada bilər. İshal bakterial infeksiyalar və bağırsaq problemləri səbəbindən inkişaf edən bir vəziyyətdir. Hava istiliyinin artması ilə bakteriya istehsalının sürətlənməsi istehlak edilən qidaların qısa müddətdə xarab olmasına və bakteriyalar üçün uyğun mühitə çevrilməsinə səbəb olur. Bu qidaların qəbulu orqanizmdə ishal probleminə səbəb olur. Soyuqdəymə, mədə problemləri və bağırsaq xəstəlikləri də ishala səbəb olan digər amillər arasındadır.
Qarşısı necə alınmalıdır?
İshalın qarşısını almaq üçün edilə biləcək bir sıra üsullar var.
Əllərin tez-tez sabunlu su ilə yuyulması ishala səbəb olan viral infeksiyalardan qoruyur.
Çiy ətə toxunduqdan sonra əllər mütləq yuyulmalıdır.
Əllərin spirt tərkibli təmizləyicilərlə tez-tez təmizlənməsi ishal riskinin qarşısını alır.
Yaxşı bişmiş qidalardan istifadə ishalın qarşısını alır.
Kran suyu içmək ishal riskini artırır.
Alkoqol və kofeinin həddindən artıq istifadəsi ishal riskini artırır.
İshal adətən 1-2 gün ərzində təsirini itirən bir narahatlıqdır. İshal 1 həftədən çox davam edərsə, bədəndə maye itkisini artıracağı üçün orqanizm üçün çox təhlükəli ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Müalicəsi necə aparılır?
İntravenöz serum terapiyası diareyanı aradan qaldırmaq üçün istifadə edilən bir üsuldur.
Antibiotiklər ishalın müalicəsində təsirli olur.
Bağırsaqları tənzimləyən dərmanların istifadəsi diareyanın keçməsinə imkan verir.
İshalın müalicəsində istifadə olunan dərmanlar arasında ishal əleyhinə dərmanlar da var.
Mineral əlavələrin qəbulu orqanizmin toxunulmazlığını artıracağından, ishalın qısa müddətdə keçməsində təsirli olur.
Bol maye içmək, ishal nəticəsində yaranan maye itkisinin mənfi təsirlərini azaltmaq üçün çox vacibdir.
İshalın səbəb olduğu maye itkisinin qarşısını almaq üçün təmiz içməli su, bulyon və mineral su tez-tez istehlak edilə bilər.
Meyvə şirələri kaliumla zəngin olduğundan, ishal zamanı orqanizmə faydalıdır.
Banan ishalın müalicəsində ən təsirli meyvələrdən biridir. Lif və kalium baxımından zəngin olan bananın istehlakı ishalın keçməsində təsirlidir.
Yeməklərdə düyü istehlakı ishalın aradan qaldırılmasında təsirlidir.
Qatıq və nişasta ilə zəngin probiyotiklərin qəbulu ishalın qısa müddətdə təsirini itirməsinə səbəb olur.
Toyuq və ət yeməkləri ishalın qısa müddətdə keçməsinə imkan verir.
Diareyanın müalicəsində tibbi çaylar və türk qəhvəsi mühüm rol oynayır.
Soda və şirin çay istehlakı həm bədənin maye qəbuluna kömək edir, həm də ishalın qısa müddətdə keçməsində təsirli olur.
Sarı noxud ishalın müalicəsində istehlak edilə bilər.
medicalmedia.az
Sevinc Hüseynova
Saglamolun.Az