Şəhərdə qoruyucu maskaları taxan insanların sayı gündən-günə artır. Artıq vəziyyət o həddə çatıb ki, maskalar defisitə çevrilib.
Görəsən, bu maskalar insanı həqiqətən virusdan və xüsusilə də koronavirusdan qoruya bilirmi? Tanınmış rusiyalı tele-həkim Elena Malışeva verlişlərindən birində bildirib ki, adi tibbi maska insanı viruslardan qoruya bilməz.
Xəstə insanın orqanizmində viruslar sürətlə çoxalmağa başlayır. Viruslar selikli qişalarda yaşayır - burunda, ağızda. İnsan nəfəs verəndə havaya çoxlu sayda viruslar düşür. Bu viruslar çox kiçik, mikroskopikdir - təxminən 10 nm. Adi tibbi maska bu virusları asanlıqla buraxır. Bundan əlavə 1-2 saatdan sonra maska insan nəfəsindən nəmlənir və bu da əlavə təhlükə yaradır. Viruslar və müxtəlif mikroblar üçün nəm mühit ən əlverişlidir. Beləliklə, 1-2 saatdan sonra qoruyucu maska özü infeksiya mənbəyinə çevrilir.
Saglamolun.az bildirir ki, tibbi maska yalnız bir halda müəyyən kömək edə bilər - bu maskanı xəstə insan taxdıqda. Xəstə insan asqırır və öskürür və bu zaman ətraf mühitə onun ağız suyu ifraz olunur. Ağız suyunda virusların miqdarı adi nəfəsalma zamanı buraxılan havaya ilə müqayisədə daha çoxdur. Maska ağız suyunun damçılarını çölə buraxmır. Bu halda maska müəyyən kömək edə bilər. Lakin maskanı hər 1-2 saatdan bir dəyişmək, istifadə olunmuş maskanı ehtiyatla çıxardıb dərhal atmaq və sonra əlləri yaxşı yumaq lazımdır.
Bir çox xarici ölkələrdə bu qəbul edilmiş qaydadır - ictimai yerlərdə olduqda (nəqliyyat, ofis, məktəb və s.) xəstə insan tibbi maska taxır və bununla ətrafdakıları müəyyən dərəcədə xəstələnməkdən qoruyur.
Açıq havada isə maskaların taxılmasının heç bir mənası yoxdur. Açıq havada olan insanın virusa tutulma ehtimalı çox azdır.
Beləliklə, tibbi maska bizi viruslardan qoruya bilməz. Soyuq fəsillərdə özünüzü viruslardan qorumaq istəyirsinizsə, immun sisteminizi daim möhkəmləndirin. Güclü immun sisteminə heç bir maska, respirator və s. lazım deyil. O, orqanizmə düşən istənilən virusu zərərsizləşdirmək qabiliyyətinə malikdir.
Saglamolun.Az