Загрузка...

Herpetik keratit korluğa səbəb ola bilər

Buynuz qişanın herpetik zədələnmələrini herpes virusu törədir. Neyrotrop xüsusiyyətə malik olan həmin virusun bir çox ştammları tibb elminə məlumdur.

Herpes virusu orqanizmə düşəndə epitelin dərin qatlarında nüvədaxili koloniyalar əmələ gətirir ki, onlar da şəffaf qlafla əhatə olunur. Kəskin və xroniki herpetik infeksiyalar qrip, yuxarı tənəffüs yollarının mövsümi katarı və pnevmoniya kimi qızdırma ilə müşayiət olunan xəstəliklərdən sonra meydana çıxır. Məsələ burasındadır ki, qızdırma zamanı böyrəküstü vəzin qabıq maddəsindən ayrılan kortikosteroidlərin təsirindən virusun nüvədaxili koloyalarını əhatə edən qılaf fermentativ parçalanmaya məruz qalır.

Buynuz qişasının herpes zədələnməsi qripin kəskin və sağalma mərhələlərində üzə çıxması immun sistemin zəifləməsi ilə əlaqədar olur. Bir qayda olaraq xəstəlik ilk günlərdə özünü ümumi ağır vəziyyətlə - titrətmə, çox güclü baş ağrıları, yüksək hərarət, əzginlik, sümük və əzələlərdə ağrı ilə büruzə verir.

Herpes keratitləri rastgəlmə tezliyinə görə buynuz qişanın digər iltihabi-infeksion xəstəlikləri sırasında ilk yerlərdən birini tutur və klinik formaların müxtəlifliyi, residivlərin tezliyi və gediş xüsusiyyətləri ilə fərqlənir. Buynuz qişanın sadə herpesinin – Herpes cornea simplex bir neçə növünə rast gəlinir: vezikulyar herpes keratiti, budaqvari keratit, herpes cornea zoster, diskvari keratit, buynuz qişanın arxa keratiti, fuksun sadə nöqtəvari keratiti və metaherpes keratiti.

Herpes keratitlərinin bütün formaları ümumi əlamətlərə malikdir – buynuz qişanın həssaslığının azalması, nevralgik ağrılar, toxumanın ləng regenerasiyası; vezikulyar herpes keratiti isə güclü ağrılar, işıqdan qamaşma, gözdən yaş axması və göz qapaqlarının altında yad cisim hissiyyatı ilə xarakterizə olunur. Vaxtında müalicə olunmadıqda xəstəlik buynuz qişasında dərin xoraların əmələ gəlməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal oftalmoloqa müraciət edin.

Müalicənin əsasını virus əleyhinə preparatlar və immunoterapiya təşkil edir. Orqanizmin immun sistemini mökəmləndirmək, eyni zamanda leykositar və interferon sistemlərinin virus və bakteriyalarla mübarizə qabiliyyətini yüksəltmək üçün herpetik keratitli xəstələrə iki həftə İmmunotea çayı təyin olunur. İmmunotea çayının əsas komponentlərindən biri olan itburnu meyvələri antioksidant və qızdırmasalıcı exinaseya çiçəkləri isə antivirus, antibakterial və antiproliferativ təsirlərə malikdir, biyan kökləri və bağayarpağı isə buynuz qişada regenerativ prosesləri sürətləndirir.

Herpetik keratitin mövsümi qrip epidemiyalarından sonra daha çox yayıldığını nəzərə alaraq payız və qış aylarında profilaktik məqsədlə İmmunotea çayının qəbul olunması xəstəliyin residivləşmə riskini azaldır.

Xalq təbabəti vasitələri. RESEPTLƏR

Çaytikanı yağı

Xəstəlik aşkar olunandan sonra ilk 2-3 gün ərzində hər saatdan bir gözə 1-2 damcı Fitooil Çaytikanı yağı damcıladılır. Daha sonra 10 gün 3 saatdan bir damcılatma davam etdirilir.

Dəmrovotu şirəsi

5-6 dəstə dəmrovotu ətçəkən maşından keçirilir, şirəsi sıxılandan sonra 1:3 nisbətində propolisin suda çıxarışı ilə qarışdırılır. Hər axşam gözə 2-3 damcı tökülür gözdə yanma hissi yaranırsa propolisin sulu çıxarışı bir qədər artıq əlavə edilir.

Əzvay şirəsi

İki ədəd iri üçillik əzvay yarpağı kəsilir, qara kağıza bükülərək soyuducuya qoyulur. 7-10 gün saxladıqdan sonra şirəsi sıxılaraq flakona tökülür və buğda dənəsi boyda mumya əlavə olunur, gündə 1 dəfə hər gözə bir damcı tökülür. Müalicə 1 ay aparılır, ikinci ay təmiz əzvay şirəsindən istifadə olunur.

Propolis

Propolisin 1 faizli sulu çıxarışı gündə 4-10 dəfə 1 damcı gözə damcıladılır. Müalicə 4-6 həftə aparılır.

Herpetik keratit korluğa səbəb ola bilər

Buynuz qişanın herpetik zədələnmələrini herpes virusu törədir. Neyrotrop xüsusiyyətə malik olan həmin virusun bir çox ştammları tibb elminə məlumdur. Herpes virusu orqanizmə düşəndə epitelin dərin qatlarında nüvədaxili koloniyalar əmələ gətirir ki, onlar da şəffaf qlafla əhatə olunur. Kəskin və xroniki herpetik infeksiyalar qrip, yuxarı tənəffüs yollarının mövsümi katarı və pnevmoniya kimi qızdırma ilə müşayiət olunan xəstəliklərdən sonra meydana çıxır. Məsələ burasındadır ki, qızdırma zamanı böyrəküstü vəzin qabıq maddəsindən ayrılan kortikosteroidlərin təsirindən virusun nüvədaxili koloyalarını əhatə edən qılaf fermentativ parçalanmaya məruz qalır.

Buynuz qişasının herpes zədələnməsi qripin kəskin və sağalma mərhələlərində üzə çıxması immun sistemin zəifləməsi ilə əlaqədar olur. Bir qayda olaraq xəstəlik ilk günlərdə özünü ümumi ağır vəziyyətlə - titrətmə, çox güclü baş ağrıları, yüksək hərarət, əzginlik, sümük və əzələlərdə ağrı ilə büruzə verir.

Herpes keratitləri rastgəlmə tezliyinə görə buynuz qişanın digər iltihabi-infeksion xəstəlikləri sırasında ilk yerlərdən birini tutur və klinik formaların müxtəlifliyi, residivlərin tezliyi və gediş xüsusiyyətləri ilə fərqlənir. Buynuz qişanın sadə herpesinin – Herpes cornea simplex bir neçə növünə rast gəlinir: vezikulyar herpes keratiti, budaqvari keratit, herpes cornea zoster, diskvari keratit, buynuz qişanın arxa keratiti, fuksun sadə nöqtəvari keratiti və metaherpes keratiti.

Herpes keratitlərinin bütün formaları ümumi əlamətlərə malikdir – buynuz qişanın həssaslığının azalması, nevralgik ağrılar, toxumanın ləng regenerasiyası; vezikulyar herpes keratiti isə güclü ağrılar, işıqdan qamaşma, gözdən yaş axması və göz qapaqlarının altında yad cisim hissiyyatı ilə xarakterizə olunur. Vaxtında müalicə olunmadıqda xəstəlik buynuz qişasında dərin xoraların əmələ gəlməsinə və hətta korluğa səbəb ola bilər. Bu səbəbdən xəstəliyin ilk simptomlarında dərhal oftalmoloqa müraciət edin.

Müalicənin əsasını virus əleyhinə preparatlar və immunoterapiya təşkil edir. Orqanizmin immun sistemini mökəmləndirmək, eyni zamanda leykositar və interferon sistemlərinin virus və bakteriyalarla mübarizə qabiliyyətini yüksəltmək üçün herpetik keratitli xəstələrə iki həftə İmmunotea çayı təyin olunur. İmmunotea çayının əsas komponentlərindən biri olan itburnu meyvələri antioksidant və qızdırmasalıcı exinaseya çiçəkləri isə antivirus, antibakterial və antiproliferativ təsirlərə malikdir, biyan kökləri və bağayarpağı isə buynuz qişada regenerativ prosesləri sürətləndirir.

Herpetik keratitin mövsümi qrip epidemiyalarından sonra daha çox yayıldığını nəzərə alaraq payız və qış aylarında profilaktik məqsədlə İmmunotea çayının qəbul olunması xəstəliyin residivləşmə riskini azaldır.

Xalq təbabəti vasitələri. RESEPTLƏR

Çaytikanı yağı

Xəstəlik aşkar olunandan sonra ilk 2-3 gün ərzində hər saatdan bir gözə 1-2 damcı Fitooil Çaytikanı yağı damcıladılır. Daha sonra 10 gün 3 saatdan bir damcılatma davam etdirilir.

Dəmrovotu şirəsi

5-6 dəstə dəmrovotu ətçəkən maşından keçirilir, şirəsi sıxılandan sonra 1:3 nisbətində propolisin suda çıxarışı ilə qarışdırılır. Hər axşam gözə 2-3 damcı tökülür gözdə yanma hissi yaranırsa propolisin sulu çıxarışı bir qədər artıq əlavə edilir.

Əzvay şirəsi

İki ədəd iri üçillik əzvay yarpağı kəsilir, qara kağıza bükülərək soyuducuya qoyulur. 7-10 gün saxladıqdan sonra şirəsi sıxılaraq flakona tökülür və buğda dənəsi boyda mumya əlavə olunur, gündə 1 dəfə hər gözə bir damcı tökülür. Müalicə 1 ay aparılır, ikinci ay təmiz əzvay şirəsindən istifadə olunur.

Propolis

Propolisin 1 faizli sulu çıxarışı gündə 4-10 dəfə 1 damcı gözə damcıladılır. Müalicə 4-6 həftə aparılır.

Mənbə: Herba Flora jurnalı

 

 



Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Kimə üzüm yemək olmaz?

10-08-2018 /4157

Яндекс.Метрика