Qocalmaya qarşı bu maddə təsirlidir – 10 YAŞ CAVANLAŞDIRIR

Qida maddəsi olan "taurinin" müxtəlif heyvan növlərində ömrü uzadır və sağlamlıq üçün faydalıdır. Taurin səviyyəsi müxtəlif heyvan növlərində, o cümlədən insanlarda yaşla azalır.

Orta yaşlı heyvanlar üzərində aparılan təcrübələr göstərib ki, taurinin gənclik səviyyəsinə yüksəldilməsi ömrü 10 faizdən çox uzadır, fiziki və beyin sağlamlığını yaxşılaşdırır.

Tədqiqatçılar buna görə də taurinin "həyat iksiri ola biləcəyini" deyirlər.

Lakin taurinin səviyyəsini yüksəltmək üçün aparılan araşdırma insanlar üzərində sınaqdan keçirilməyib.

Bu səbəbdən Nyu Yorkdakı Kolumbiya Universitetinin komandası insanlara daha uzun yaşamaq üçün taurin həblərini və ya tərkibində taurin olan enerji içkiləri qəbul etməməyi tövsiyə edir.

Lakin qocalmanı yavaşlatmaq axtarışının bir hissəsi olaraq heyvanlar üzərində araşdırmalar davam edir. Tədqiqat qrupu 11 ildir ki, bu qida maddəsinin qocalmadakı rolunu üzə çıxarmağa çalışır.

Bu iş gənc və yaşlılar arasındakı fərqləri aşkar etmək üçün müxtəlif heyvan növlərinin qanındakı molekulların təhlili ilə başlayıb.

Tədqiqatçı Vijay Yadav bildirib ki, taurin yaşlıların qanında ən bariz azalmanı göstərən molekullardan biridir. Yaşlılarda taurinin səviyyəsi gənclərə nisbətən 80 faiz aşağı olur.

Bu maddə heyvan zülalından əldə edilə və ya bədən tərəfindən istehsal edilə bilər.

Tədqiqatda 14 aylıq siçanlara gündəlik taurin dozası verilib, bu da insanların, təxminən 45 yaşına uyğun gəlir.

“Science” jurnalında dərc edilən araşdırma nəticələri erkək siçanların 10 faiz, dişilərin isə 12 faiz daha çox yaşadığını və hər ikisinin daha sağlam olduğunu göstərib.

Tədqiqatçılar 12.000 insan üzərində apardıqları analizdə qanlarında daha çox taurin olanların ümumilikdə daha sağlam olduqlarını aşkar ediblər.

Mütəxəssislərin fikrincə, taurini heyvan mənşəli qidalardan ala bilsək də, təcrübələrdə istifadə olunan miqdarda istehlak etmək çətindir. Heyvanlar üzərində aparılan təcrübələrdə istifadə edilən doza insanlara uyğunlaşdırıldıqda, gündə 3-6 qram qəbul edilməlidir.

 

medicalmedia.az 

Saglamolun.Az