Süd vəzi kistaları necə müalicə edilir? – Həkim AYDINLIQ gətirdi - VİDEO

“Qadınların süd vəzi ilə bağı həkimə müraciət səbəbi ən çox düyünün hiss edilməsidir.  Süd vəzi kistaları böyük bir ölçüyə çatdıqda, düyün kimi əllə yoxlandıqda hiss edilən strukturlardır”.

Sağlamolun.az xəbər verir ki, bu sözləri SƏHİYYƏ TV-də yayımlanan “Sağlam Səhhət” proqramında  Bioloji Təbabət Klinikasının həkimi, onkoloq-mammoloq Rəna Niftəliyeva deyib.

O bildirib ki, bu orqan vəzlidır və vəzli orqanlar hər zaman nəsə ifraz edirlər:

“Süd vəzi də süd ifraz edir və orda bir maye əmələ gəlir. Bəzən hər hansı bir səbəbdən süd vəzidə normadan artıq maye əmələ gəlir ki, bu da süd vəzi kanallarına toplanır, onları genişləndirir və kistaların əmələ gəlməsinə səbəb olur”.

Müsahibəni təqdim edirik:

Saglamolun.Az