Daha çox uşaqlar və yeniyetm\lərdə rast gəlinən problemdir. Uşaqların 20-33% -də, yeniyetmələrin yarısında, yəni 45% -də rast gəlinər. Yetkinlik yaşına yaxınlaşdıqca problem azalsa da, bəzilərində sonralar da bu problem özünü göstərir.
Mövzu ilə bağlı türkiyəli psixiatr Dr. bağlı Tuba Ərdoğan məlumat verib.
Həkim ilk olaraq dırnaq yemənin səbəblərini açıqlayıb:
- Qıcıqlanma: Stress və narahatlıq səbəbiylə baş verir. Bu zaman dırnaq yemə sinir sisteminə sakitləşdirici təsir göstərir.
- Duyğular: Emosional təbiətimiz bu vərdişə yiyələnməkdə böyük rol oynayır. Ölüm və ya boşanma, ayrılma kimi yüksək travmatik hadisələr buna səbəb ola bilər.
- Mükəmməllik: Yuxarıda müzakirə edildiyi kimi, bu xüsusiyyəti olan insanlar cansıxıcılıq və məyusluğa qarşı aşağı dözümlülük nümayiş etdirirlər ki, bu da dırnaq yemə ilə aradan qaldırılır.
- Darıxmaq: hərəkətsizlik daha yaxşı bir vərdiş tapmaq istəyi səbəbindən
- Təqlid: Uşaqlar böyüklərin davranışını kopyalayır
- Psixosomatik: Bu, tez-tez aqressiv ailələrdə müşahidə olunur.
Dırnaq yemə ilə əlaqəli psixi sağlamlıq vəziyyətlərinə ciddi emosional narahatlıq və depressiya daxil ola bilər. Uşaqlarda dırnaq yemə ilə əlaqəli ümumi psixiatrik vəziyyətlərə diqqət çatışmazlığı hiperaktivlik pozuqluğu, defiant pozuqluğu və ayrılma narahatlığı daxildir. Bundan əlavə, majör depressive vəziyyət, , obsesif-kompulsif pozulmalar, zehni gerilik, geniş yayılmış inkişaf ləngiməsi, bəzən ümumiləşdirilmiş narahatlıq və panik atak vəziyyətlər bu vərdişi qabarıq formada ortaya çıxarır.
Mütəxəssis qeyd edib ki, uşaqlar adətən, bunu fərqində olmadan edirlər. Bunu bir növ narahatlığa nəzarət etmək, diqqət çəkmək, aqressiyanı idarə etmək üçün çıxış yolu hesab edirlər. Sinirləri müvəqqəti sakitləşdirən bu hərəkət daha sonra artıq vərdişə çevrilir.
Psixiatr onu da əlavə edib ki, bu vərdiş müalicə edilə bilir. Davranış terapiyası, özünə qulluq və istirahət kimi müalicə metodları seçilə bilər. Bəzi hallarda vərdişləri aradan qaldırmaq üçün təlim və ya hipnoterapiya təsirli olur. Özünə qulluq üsulunda uağın xoşladığı yeməklərə, oyunlara üstünlük verilir. Onunla daha çox vaxt keçirmək, ünsiyyət qurmaq lazımdır. Bundan başqa, normal yuxu rejiminin də olması bu tip vərdişləri aradan qaldırmaq üçün önəmlidir. Yuxusuzluq uşaqlarda aqressiyaya səbəb olur. Bunun üçün gündəlik normal yuxunu təmin etmək bu aqressiyanı yox etmək üçün mühüm hesab edilir.
medicalmedia.az
Saglamolun.Az