Qan analizi XƏRÇƏNGi təyin edəcək

Yeni qan analizi orqanizmdə xərçəng hüceyrələrinin olub-olmamasını və hətta onların olduğu orqanı təyin edəcək.

Xarici KİV-lərin məlumatına görə bu məqsədlə Kaliforniya Universiteti (ABŞ) alimləri xüsusi CancerLocator adlı kompüter proqramı hazırlayıblar.

Bu proqram insanın qan nümunəsində şiş hüceyrələrinin DNT-ni axtarır və onları aşkar etdikdən sonra müxtəlif xərçəng növlərinə aid olan genetik dəyişikliklərlə müqayisə edir. Beləliklə, xərçəngin növü təyin olunur.

Yeni metodikanın əsas üstünlüyü xərçəngin ilkin mərhələlərində aşkar olunmasıdır. Bu xəstəliyin daha effektli müalicəsi üçün olduqca vacibdir.

CancerLocator proqramı artıq sınaqlardan keçirilib və proqramın köməyi ilə xərçəngi 80% hallarda aşkar etmək mümkün olub.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика