Bu problemdən sonra qan laxtalanması riski yüksək olur

Rusiyalı fleboloq cərrah Viktor Pasov bildirib ki, onkoloji xəstələr xüsusilə tromboza meylli olurlar.

O, bu barədə Nation News-a müsahibəsində bildirib.

Həmçinin həkim qeyd edib ki, sümük sınıqları da qanda laxtalanma riskini artırır.

“Aşağı ətrafların sınıqlarının 70%-i trombozun sonrakı inkişafı ilə müşayiət olunur. Beləliklə, əsas risk faktorları xəsarətlər, irsiyyət və onkologiyadır ",- deyə həkim əlavə edib.

Qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Tromb orqanizmin limfa damarlarında da əmələ gələ bilir.
Trombun əmələ gəlməsinin əsas səbəbi qanın laxtalanma qabiliyyətinin artması və onun damar daxilində maye halında qalmasını təmin edən sistemin fəallığının azalmasıdır.

Sevinc Hüseynova 

Saglamolun.Az