Sünnətdən sonra yaranan bu problem ƏLİLLİK YARADIR

Hemofiliya xəstəliyi kişilərdə daha çox rast gəlinir. Bunbunla bağlı türkiyəli mütəxəssis Prof. Dr. Birol Baytan açıqlama verib. Onun sözlərinə görə, bu xəstəlik orta hesabla hər 10 min kişidə anadangəlmə hal olur. Xəstəlik çox vaxt daşıyıcı analardan oğullara keçir, qızlar arasında xəstələnmə halları çox azdır.

Bədəndəki izahı bilinməyən və asanlıqla əmələ gələn qançırlar hemofiliyanın əlamətidir.

 “Asanlıqla və heç bir səbəb olmadan yaranan qançırlar varsa, hemofiliyadan şübhələnirik. Xüsusilə ayaq biləyi, diz və omba oynaqlarında qanaxma əlamətləri, şişlik, kiçik əməliyyatlar və ya əməliyyatdan sonra uzun müddət davam edən qanaxmalar da ilk ağıla gəlir. Xəstələrin əhəmiyyətli bir hissəsində sünnətdən sonra dayana bilməyən qanaxma diaqnozu qoyulur”, - deyə mütəxəssis qeyd edib.

Həkim bildirib ki, uşağın iməkləmə dövrünün başlanğıcından etibarən oynaqdaxili qanaxmalar müşahidə oluna bilər, diz və omba oynaqlarında, xüsusən də topuqlarda qanaxma ola bilər. Uşaq gəzməyə başlayanda isə ümumi qanaxma yerləri oynaqlar, əzələlər və mədə-bağırsaq sistemləridir Qanaxmaların təxminən 80 faizi oynaqlarda baş verir. Uşaqlarda adətən ayaq biləkləri təsirlənir, yeniyetmələrdə və böyüklərdə isə dizlər, dirsəklər və ayaq biləkləri qanaxma nöqtələridir.

Mütəxəssisin fikrincə, cəmiyyətdə hemofiliyanın müalicəsinin olmadığına dair yanlış fikir var. Məşhur inancın əksinə olaraq, hemofiliya müalicə edilə bilən bir xəstəlikdir. Hətta genetik olaraq ötürülən və ömür boyu davam edən qanaxma meyli, qanaxma nəticəsində meydana gələ biləcək ölüm, hətta yüksək şikəstlik riski belə uyğun müalicə yanaşmaları ilə aradan qaldırıla bilər. Hemofiliyalı xəstələr qanaxmanın həm qarşısının alınması, həm də müalicəsində faktorlardan müvafiq dozada və müddətdə istifadə edildikdə, sağlam həmyaşıdları kimi normal həyat sürə bilirlər.

Hemofiliyanın müalicəsində əsas məqsədin qanın laxtalanma faktorlarında çatışmayan faktoru əvəz etməkdir. Əsas məqsəd prosesin düzgün işləməsini təmin etmək, qanaxma epizodlarının müddətini və tezliyini azaltmaq və təkrar qanaxmaların yaratdığı fəsadları azaltmaq və xəstələrin həyat keyfiyyətini artırmaqdır" dedi.

Hemofiliya vaxtında müalicə edilmədiyi təqdirdə oynaqların qalıcı zədələnməsinə və əlillərə səbəb ola bilər.

Sevinc Hüseynova

Saglamolun.Az