Təxminən 15 il əvvəl kəşf edilmiş dərmana davamlı Candida auris göbələyi hazırda dünyanın ən qorxulu xəstəxana mikroblarından biridir və onun inkişafında qlobal istiləşmənin də rol oynaya biləcəyinə dair araşdırmalar var.
Bu maya göbələyi bədənə daxil olduqdan sonra qan dövranı, sinir sistemi və bir çox daxili orqanlara təsir göstərə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ondan təsirlənən xəstələrdə ölüm nisbətinin 30-53 faiz arasında olduğunu təxmin edir.
Candida auris hansı göbələkdir?
Candida auris əslində insanlar üçün gündəlik həyatda çox faydalı olan göbələklər ailəsinin üzvüdür. Bu göbələk növünə çörək və ya pivə hazırlamaqda istifadə etdiyimiz maya növləri ilə yanaşı, insanları xəstələndirə bilən növləri də var.
Buna misal olaraq çox yayılmış bir göbələk olan Candida albicansdır. Bu, sadə bir qaşınmaya səbəb olduğu kimi, daha ciddi infeksiyalara da səbəb ola bilər.
Candida auris ilk dəfə 2009-cu ildə Tokio Metropolitan Geriatriya Xəstəxanasında bir xəstənin qulaq kanalında tapılmışdır, Latıncada auris qulaq demək olduğu üçün, Candida auris adı da ordan gəlir.
Mayalar çox vaxt dərimizdə yaşayır və problem yaratmır. Ancaq başqa bir səbəbdən zəiflədikdə və ya qan dövranı və ya ağciyər kimi olmamaları lazım olan yerə sızdıqda, infeksiyaya səbəb ola bilərlər.
Hansı xəstəliyə səbəb olur?
Candida auris ən çox qan-damar sistemi infeksiyasına səbəb olur, lakin tənəffüs sistemi, mərkəzi sinir sistemi, daxili orqanlar və dəriyə də təsir edə bilər. Bu infeksiyalar adətən çox ciddi olur.
Bu göbələyi müalicə etmək də çətindir, çünki tez-tez istifadə olunan funqisidlərə davamlıdır.
İngiltərənin Plimut Universitetində molekulyar biologiya üzrə dosent Tina Joshi "bu göbələklə bağlı ən böyük problem onun əlimizdə olan dərmanlara davamlı olmasıdır. Amma başqa bir çətinlik də odur ki, Candida auris infeksiyasına diaqnoz qoymaq çox çətindir. O, digər göbələklərlə asanlıqla qarışdırıla bilər, ona görə də pis müalicə olma ehtimalı yüksəkdir" deyir.
Bu, o deməkdir ki, xəstə daha uzun müddət narahat olur və ya düzgün müalicə ala bilməyincə pisləşir.
Saglamolun.Az