Загрузка...

Dünyada hər il 7,5 milyon insan bu xəstəlikdən ölür. Özünüzü yoxlayın!

Son araşdırmalar göstərib ki, dünyada 1 milyarddan çox insan hipertoniyadan (yüksək arterial təzyiq) əziyyət çəkir.

Statistikaya əsasən kişilərdə bu xəstəliyə qadınlarla müqayisədə daha tez-tez təsadüf edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yüksək qan təzyiqi 7,7 milyon insanın ölümünə səbəb olur.

Hipertoniya çox hiyləgər xəstəlikdir. Əksər hallarda hipertoniya simptomsuz inkişaf edir. Bir çox insanlar fikirləşir ki, yüksək təzyiq özünü baş ağrıları ilə büruzə verir. Lakin bu çox təhlükəli yanılmadır. Hətta çox yüksək təzyiq zamanı baş ağrısı olmaya bilər. Məhz bu səbəbdən bir çox insanlar onlarda hipertoniyanın olmağından bixəbər olur. Xəstəlik isə gizli şəkildə inkişaf edir, ağır fəsadların yaranmasına (ürək və damar xəstəlikləri, infarkt, insult) gətirib çıxardır.

Müasir tibdə hipertoniya ilə mübarizə etmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin köməyi ilə təzyiqi normada saxlamaq, ağırlaşmaların qarşısını almaq mümkündür. Lakin bunun üçün xəstə vaxtında özündə bu xəstəliyin olmağından xəbərdar olmalı, vaxt itirmədən həkimə müraciət etməli və həkimin bütün göstərişlərinə dəqiqliklə əməl etməlidir.

Vaxtaşırı olaraq arterial təzyiqinizi ölçün. Göstəricilər 140/90 mm c.st. və bundan yuxarıdırsa, bu hipertoniyanın inkişafından xəbər verir. Dərhal həkimə müraciət edin.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика