Qara istiot nə ilə faydalıdır?

Dünyada ən populyar ədviyyatlardan biri olan qara istiotun vətəni Hindistan və Misirdir.

Qədim Misirdə istiot əvvəllər dini mərasimlərində istifadə olunurdu. Daha sonra istiotu qidalara əlavə etməyə başladılar.

 

Orta əsrlərdə istiot Avropaya gətirilib. Burada istiot həddindən artıq bahalı idi. İstiotdan yalnız çox varlı insanlar istifadə edirdi.

İstiot qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunurdu. Qədimdə istiot ishalın, dəri xəstəliklərinin, impotensiyanın müalicəsində istifadə olunurdu.

Qara istiotun müxtəlif faydalı xüsusiyyətləri var. İstiot

- həzm prosesləri yaxşılaşdırır və stimullaşdırır, iştahanı artırır

- qidada olan faydalı maddələrin (ilk növbədə aminturşuların) mənimsənilməsini yaxşılaşdırır

- qıcqırma və köplə mübarizə aparır

- qan dövranını yaxşılaşdırır, qanı duruldur, tromblaşmanın qarşısını alır

- nəfəsalma orqanları selikdən təmizləyir

- maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, onları sürətləndirir

- piylənmənin qarşısını alır, arıqlamağa kömək edir

- bağırsaqlara antiseptik təsir edir

- bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir

- qurdqovucu təsirə malikdir

- orqanizmə iltihabəleyhinə təsir edir

- xoşbəxtlik hormonlarının (endorfin və serotonin) ifrazını aktivləşdirir

- şişəleyhinə təsirə malikdir.

Bəzi xəstəliklər və pozulmalar zamanı qara istiotun istifadəsi qadağandır. Bu xəstəliklər arasında: qastrit və mədə xorası, sidik kisəsi və böyrəklər iltihabları, hipertoniya, stenokardiya və s.

Lakin hətta tam sağlam insanlar da bu ədviyyatdan süi-istifadə etməməlidir. Bu onların sağlamlığında pozulmalara səbəb ola bilər.

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

HƏKİMLƏR

Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...
İsmayılova Xəyalə

İsmayılova Xəyalə

Ginekologiya

Mama-ginekoloq Uşaq ginekoloqu

Ətraflı...
İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...

 


Яндекс.Метрика