İnsan orqanizminin həyat fəaliyyətində su-duz mübadiləsi çox mühüm rol oynayır və müxtəlif vəzifələri yerinə yetirir.
İnsan bədəninin bütün hüceyrə və toxumalarında, qanında, limfasında və digər daxili mayelərdə su ən zəruri qeyri-üzvi maddə kimi geniş yayılmışdır. Yaşlı adamın bədən kütləsinin 60-65%-ni su təşkil edir. Bəzi toxumalarda onun kütləsi 80- 85% təşkil edir. Su hüceyrə və toxumalarda bioloji reaksiyaların və fizioloji proseslərin getməsi üçün optimal mühit yaradır, üzvi və qeyri-üzvi maddələr üçün yaxşı həlledicidir. Su, həmçinin bədənin istilik tənzimində, həzm prosesləri zamanı qida maddələrinin hidrolizində, bir sıra maddələrin, o cümlədən, hormonların sintezində yardımçı amil kimi iştirak edir. İnsan bədənində susuzlaşma prosesləri bir sıra ağır pozğunluqlara, hətta ölümə gətirib çıxarır.
Orqanizmə lazım olan suyun miqdarının hesablanmasında iki üsuldan istifadə olunur:
- İnsan bədəninin kütləsinin hər kq-1 32 qrama vurulur. Məsələn, 70x32=2240 ml.
- Gündəlik qəbul etdiyiniz hər kalori üçün 1 ml. Əgər 2500-3000 kalori qəbul edirsinizsə, onda 2,5-3 litr su içməlisiz
Nəzərə alsaq ki, xörək və meyvələr vasitəsilə də maye qəbul edirik, onda gündəlik ehtiyac təxminən 1,5 1 olar. Sağlam olmaq üçün gün ərzində azı 1 l çiy su içmək lazımdır.
Hər bir insanın gündəlik su ehtiyacları müxtəlif amillərlə bağlıdır.
- Çəki artdıqca insanın suya ehtiyacı artır.
- Qidalanma meyvə-tərəvəzlə daha çox qidalanan insanların suya tələbi quru qidalarla qidalananlara nisbətən azdır.
- İqlim.
- Fiziki aktivlik.
- Xəstəliklər məsələn, yüksək hərarət, ishal və qusma zamanı suya ehtiyac artır.
- Səyahət zamanı su həyati əhəmiyyət kəsb edir.
Su itkisi zamanı qəbul olunan su ilə yanaşı, mineralları da nəzərə almaq vacibdir.
Saglamolun.Az