Загрузка...

Qara ciyər sirrozu

Qara ciyər sirrozu – qara ciyərin xroniki və proqressivləşən xroniki xəstəliyidir.

Bu zaman normal qara ciyər hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Təbii olaraq bunun nəticəsində qara ciyər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir.

 

Qara ciyər sirrozunun əsas əlamətləri: zəiflik, bədən çəkisinin azalması, sarılıq, dəridə olan qaşınma, qarının həcminin (ölçüsünün) artması və sairə.

Qara ciyərin öz funksiyasını itirməsi nəticəsində qara ciyər çatışmazlığı yaranır. Qara ciyər sirrozunun bu günə olan yeganə tam müalicə üsulu qara ciyər köçürülməsidir.

Qara ciyər sirrozunun əsas səbəbləri:

- Qara ciyərin kəskin və xroniki virus xəstəlikləri: B, C, D hepatitləri;

- Alkoqol. Alkoqol mənşəli qara ciyər sirrozu - uzun müddət ərzində alkoqollu içkiləri xeyli miqdarda qəbul edən insanlarda əmələ gəlir. Sirrozun bu forması, adətən, əvvəllər mövcud olan alkoqol mənşəli hepatit fonunda inkişaf edir;

- Qara ciyərin medikamentoz zədələnməsi: medikamentoz hepatit;

- Qara ciyərin parazitar (qurdlar tərəfindən törədilən) xəstəlikləri: exinokokkoz və s.;

- Öd ifrazedici sistemin xəstəlikləri;

- Maddələr mübadiləsinin anadangəlmə pozğunluqları: qalaktozemiya, orqanizmdə yağ mübadiləsinin pozulması və s.;

- Autoimmun pozğunluqlar. Qara ciyər sirrozunun bu forması immun sistemi fəaliyyətinin pozulması nəticəsində baş verir. Bu zaman immun sistemi qara ciyər hüceyrələrini yad hüceyrələr kimi qəbul edərək onlara qarşı mübarizə aparır. Nəticədə qara ciyər hüceyrələri məhv olaraq birləşdirici toxuma ilə əvəz olunurlar;

- Digər orqanların xəstəlikləri: ürək çatışmazlığı və s.

Xəstəliyin gedişinə və proqnozuna görə bir-birindən fərqlənən qara ciyər sirrozunun bir neçə növü vardır.

Qara ciyər sirrozu çox ləng sürətlə inkişaf edir və ilk dövrlərində simptomsuz da keçə bilər. Sonrakı gecikmiş mərhələlərində qara ciyər sirrozunun aşağıdakı əlamətləri qeyd olunur:

-       Yorğunluq, zəiflik, iş qabiliyyətinin azalması, yuxuculluq;

-       İştahanın itməsi, çəkinin azalması;

-       Sarılıq - bədən dərisinin, gözlərin sklerasının, ağız boşluğunun selikli qişasının saralması;

-       Əllərin iç səthinin qızarması – bu sahənin dərisinə qan axnının artması nəticəsində onların dərisi çəhrayı rəng alır;

-       Dəridə qaşınmanın yaranması – bəzən dözülməz olur, axşamlar artır;

-       Kapilyar damar ulduzları – dərinin bəzi sahələrində kapilyar damarlardan ibarət olan ulduz və ya hörümçək pəncəsinə bənzər izlər əmələ gəlir. Onlar təzyiq edilərkən itir, təzyiq aradan götürülən kimi yenidən qanla dolurlar.

-       Qanaxmalara meyllilik – travmalar zamanı qanaxma uzun müddət ərzində dayanmır, bir çox hallarda dəridə göyərmiş sahələr əmələ gəlir;

-       Qara ciyər sirrozunun əsas əlamətlərindən biri portal hipertenziya sindromudur. Bu hal qapı venasında (qarın boşluğu üzvlərindən qanı qara ciyərə gətirən vena) təzyiqin artması nəticəsində baş verir. Qapı venasında təzyiqin artması səbəbindən qan qarın boşluğu üzvlərində ləngiməyə başlayır. Nəticədə qarın boşluğunda maye yığılması baş verir və qarın şişməyə başlayır. Bu, assit adlanır.

-       Qara ciyər xəstəlikləri – yaşadığımız dövrdə ölüm hadisələrinin ən çox təsadüf edilən səbəblərindən biridir.

-       Qara ciyəri sağlam saxlamaq üçün hansı amillərin onun üçün zərərli, hansı amillərin isə xeyirli olduğunu bilmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 amid 29.05.2012 18:31
ela yazilib, subhelerimizi yaniltdi, buna gore sag olun
#2 CEYHUN 20.08.2013 15:06
salam hekim. qaraciyere su yigilmasi ne derecede tehlukelidi?ve mualice olunarsa cekilermi?
#3 Administrator 21.08.2013 17:57
Hörmətli Ceyhun bəy!
1. Bəli, bu təhlükəli simptomdur.
2. Bəli, müalicə olunduqda bu maye çəkiləcək.
Allah şəfa versin!
#4 Fatime 27.12.2013 14:13
Salam Hekim Xaiw Edirem Cavab Yazin..Sariliq Xesteliyi Tehlukelidir ? Menim Refiqem Sariliq Olub Xestexanaya Apariblar
#5 Administrator 28.12.2013 12:40
Çox güman ki, söhbət Botkin xəstəliyindən (hepatit A) gedir. Bu təhlükəli deyil. Xəstəlik tam müalicə olunur.

.

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика