Загрузка...

Mənfi emosiyalar hansı xəstəliklərə səbəb olur? Psixoloq yazır

Psixosomatik xəstəliklər - yaranmasında ruhi faktorların əhəmiyyətli rol oynadığı müəyyən bəzi somatik xəstəliklərdir.

Qədim dövrlərdən bəri ruh-bədən bütövlüyünü müdafiə edən həkimlər və ya filosoflar olmuşdur (Hipokrat, Əflatun, Aristotel, Galen, İbn Sina). Duyğuların somatik reaksiyalar meydana gətirdiyini göstərən xalq deyimləri vardır: utancdan üz qızarması, hirsdən başın ağrıması, kədərdən iştah kəsilməsi, xülyadan yuxu qaçması kimi. Bəzi somatik pozuntuların ruhi üsullarla (təlqin, hipnoz) yaxşılaşdığı ən azından keçən əsrdən bəri bilinməkdədir.

Psixosomatik xəstəliklər və pozulmalar arasında:

1. Tənəffüs sistemi ilə əlaqəli olanlar: allergik rinit (saman soyuqdəyməsi), bronxial astma, hiperventilyasiya (tez-tez nəfəs alma).

2. Qan dövranı ilə əlaqəli olanlar: hipertenziya (qan təzyiqi yüksəkliyi), hipotenziya (qan təzyiqi aşağılığı),  tac (ürəyi bəsləyən) damar xəstəliyi, miqren.

3. Həzm sistemi ilə əlaqədar olanlar: mədə və on iki barmaq bağırsağı xorası, qalın bağırsaq iltihabı, əsəbdən dolayı qusmalar, əsəbdən dolayı qəbizlik, qıcıqlanmış bağırsaq sindromu, enkoprez (nəcis qaçırma).

4. Metabolik-endokrin sistem ilə əlaqədar olanlar: şəkərli diabet xəstəliyi, qalxanvari vəzi xəstəlikləri,  həddindən artıq köklük, qidalanma pozuntuları (anoreksiya və bulimiya).

5. Urogenital sistemlə əlaqədar olanlar: adət nizamsızlıqları, cinsi funksiya pozuntuları, yalançı hamiləlik, enurez (sidik qaçırma ), sonsuzluq.

6. Əzələ-skelet sistemi ilə əlaqəsi olanlar: oynaq ağrıları, revmotoid artrit.

7. Dəri ilə əlaqədar olanlar: ekzema, qaşınma, psoriaz.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика