Загрузка...

Depressiyadan xilas olmaq istəyirsinizsə…

Depressiya müasir dövrün ən təhlükəli xəstəliklərindən biri hesab edilir. Vaxtında müalicə edilmədikdə intihara kimi aparan bu problemdən xilas olmaq elə də çətin deyil.

Türkiyəli həkim-psixoloq Haluk Aksu depressiyadan xilas olmağın yollarından danışıb.

Saglamheyat.com həkimin məsləhətlərini təqdim edir:

"Aktiv həyat tərzi keçirən insanlarda depressiya az müşahidə edilir. Sevdiyiniz idman növü ilə məşğul olun. Buna imkan yoxdursa, heç olmasa həftənin 3 günü sürətli yeriyin".

Haluk Aksu bildirib ki, dərmanlar depressiyadan çıxarmır, sadəcə, vəziyyəti bir qədər yaxşılaşdırır:

"Depressiyanı dərmanla müalicə etməyin tərəfdarı deyiləm. Çünki bu, problemi kökündən həll etmir. Əksinə, müalicə müddətini uzadır. Depressiyanın əsl düşməni sevgidir. Ona görə də, xəstələrimə yeni dostlar tapmağı, ailə üzvləri ilə əlaqələri gücləndirməyi, sevib-sevilməyi, ev heyvanı saxlamağı, yeni hobbilər tapmağı məsləhət görürəm. Dərdlərinizi bölüşün, hisslərinizi dilə gətirin, heç nəyi içinizə atmayın. Ən əsası isə, həyatdan gözlədikləriniz mümkün olduğu qədər reallığa uyğun olsun. Özünüzü heç vaxt gerçəkləşməyəcək xəyallara kökləməyin. Çünki bu, böyük xəyal qırıqlığı və dərin depressiya ilə nəticələnə bilər".


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика