Qovrulmuş fındıqların faydaları sayəsində həm damağınızı zənginləşdirmək, eyni zamanda sağlamlığınızı təsirli şəkildə qorumaq mümkündür.
Bəs qovrulmuş fındıqların orqanizmə nə kimi faydaları var?
Sağlamoun.az bu dəfə bunu araşdırıb:
•Mütəmadi olaraq qovrulmuş fındıq istifadə edən insanlar zamanla bədən funksiyalarının daha yaxşı işlədiyini və sağlamlıqlarına müsbət təsir etdiyini asanlıqla görə bilərlər.
•Qovrulmuş fındıqların tərkibindəki yüksək qida dəyəri insanlarda ürək sağlamlığının qorunmasında təsirli olur.
•Tərkibində doymamış yağ turşuları olan qovrulmuş fındıq bu tərkibi sayəsində xolesterin səviyyəsini balanslı saxlamağa kömək edir.
•Tərkibində yüksək miqdarda lif olan qovrulmuş fındıq həzm sistemini balanslı saxlayır. Bu sayədə ishal və ya qəbizlik problemi olan insanlar qısa müddətdə bu problemi effektiv şəkildə həll edə bilərlər.
•Tərkibində antioksidanlar olan qovrulmuş fındıq hüceyrə sağlamlığına müsbət təsir edir.
•Qovrulmuş fındıq tərkibindəki vitamin dəyərləri sayəsində gün ərzində enerjili və fit qalmağınıza kömək edir.
•Qovrulmuş fındıq sümük inkişafında təsirli olduğu kimi əzələlərin inkişafına da təsirlidir.
Saglamolun.Az