Susuzluq nələrə yol aça bilər?

Suyun həyat üçün nə qədərli əhəmiyyətli olduğu hər kəsə məlumdur.

Su olmadan yaşamaq qeyri-mümkündür. Bəs bədənimiz susuz qaldıqda nələr baş verir? Susuzluq bədənimizdə hansı dəyişikliklərə yol açır? Bu barədə diyet üzrə mütəxəssis Serkan Tutar fikirlərini bildirib.

Başağrısı – bir çoxumuz gün ərzində başağrısından şikayət edirik. Bunu stress, yorğunluq, yuxusuzluq və ya xəstəlik kimi səbəblərlə əlaqələndiririk. Amma gün ərzində tez-tez başağrısından əziyyət çəkirsinizsə, bunun ən əsas səbəbi kifayət qədər su içməməyinizdir.

Sidiyin tünd rəngdə olması – normal şərtlər daxilində sidiyin rənginin şəffaf və ya biraz bulanıq, amma açıq rəngdə olması lazımdır. Əgər sidik tünd sarı rəngdədirsə, deməli, kəsinliklə yetərli miqdarda su içmirsiniz. Bu səbəblə də dərhal su içməyə başlamalısınız. Çox qısa zaman sonra sidiyinizin normal rəngə döndüyünü görəcəksiniz.

Qəbizlik: Bağırsaq hərəkətinin yavaşlamasının bir çox faktoru vardır. Bunların içərisində yetərli miqdarda qida qəbul etməmək, hərəkətsiz həyat tərzi, stress, sellüloz miqdari yüksək olan qidaların qəbul edilməmsi, genetik faktorlar və ən önəmlisi su içməməkdir. Yetərli miqdarda su içilmədikdə nəcis bağırsağın içərisində çox yavaş irəliləyir və qəbizlik meydana gelir.

Baş gicəllənməsi: İnsanların tez-tez söylədiyi “oturanda və ya yatanda qəflətən ayağa qalxdıqda başım gicəllənir” ifadəsini siz də işlədirsinizsə, bu, yetərli qədər su içmirsiniz deməkdir. Buna görə də ən qısa zamanda içdiyiniz suyun miqdarını artırmalısınız.

Yorgunluq: Su bədənin yanacağıdır. Əgər yetərli miqdarda su içmirsinizsə, bədəninizə yetərli miqdarda yanacaq qəbul etmirsiniz deməkdir. Bu halda gün ərzində daim yorğunluq hiss etmək normal hala çevrilir.

Bəs su narahatlıqları yaşamamaq üçün nə qədər su içməliyik?

İçilməsi lazım olan su miqdarı insandan-insana dəyişir. İnsan çəkisi başına 0,33 ml su içdiyi halda yetərli miqdarda su qəbul edir.

Əgər yetərli miqdarda su içmirsinizsə, su qəbulunu qəflətən artırsanız, ürəkbulanmasının əmələ gəlməsi qaçılmaz olacaq. Bunu yaşamamaq üçün suyun miqdarını yavaş-yavaş artırın. Çünki bu bir vərdişdir və bir anda bədənin buna öyrəşməsi mümkün deyil.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Nəzmin Musayeva

Nəzmin Musayeva

Plastik cərrahiyyə

Plastik Estetik cərrah İş stajı - 10 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика