Soğan süfrələrimizin əvəzolunmaz məhsullarından biridir və keçmişdən günümüzə qədər bir çox yerdə istifadə olunur. Damağımızda buraxdığı ləzzət bir yana, orqanizmə faydaları göstərir ki, soğanı qida rasionundan heç vaxt çıxarmamalıyıq.
Sağlamolun.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq çiy və ya bişmiş olmasından asılı olmayaraq çox miqdarda soğan istehlak etdikdə ağızda pis qoxu buraxır.
Soğanın ağızda qoxunun buraxmasının səbəbi onun tərkibindəki kükürd birləşmələridir. Çiy soğan həzm olunduqda qoxu molekulları qanla ağciyərlərə çatır və tənəffüs zamanı pis soğan qoxusu yüksəlməyə başlayır.
Soğan qoxusundan qurtulmağın ən təsirli yolu onu bişirib yeməkdir.
Bəs, çiy soğan yedikdə ağızdan pis qoxunun gəlməsinin qarşısını necə almaq olar?
Yaşıl çay soğan qoxusuna qarşı son dərəcə təsirlidir. Yaşıl çayın tərkibi polifenollarla və soğanda olan kükürd birləşmələrini məhv edə bilən güclü antioksidantlarla zəngindir.
Limonun turş dadı ağızdakı soğan qoxusunu neytrallaşdırmağa kömək edə bilər. Limon həm də ağız qoxusuna səbəb olan bütün bakteriyaları öldürən antibakterial xüsusiyyətlərə malikdir.
Südün tərkibindəki yağ, ağız qoxusuna səbəb olan soğanın tərkibindəki kükürdü yox edir. Bu səbəbdən tam yağlı süd yağsız süddən daha yaxşı nəticə verir.
Xardal sousunun unikal güclü dadı soğan qoxusunu dərhal maskalayır.
Qeyd edək ki, soğanla bağlı bilməli olduğunuz başqa bir xoşagəlməz vəziyyət var. Hələ ki, sübuta yetirilməsə də, soğan ana südünün dadını dəyişə bilər. Bu vəziyyət bəzi körpələrdə narahatlığa (qaz əmələ gəlməsi, ana südü ilə qidalanmamaq kimi) səbəb ola bilər. Körpənizdə ciddi narahatlıq yaranarsa, soğan daha az istehlak edilməli və ya heç istifadə edilməməlidir.
Saglamolun.Az