Sarmaşıq- qəbizlik, diş ağrısı, köklük, sellülit, qrip, bronxit, soyuqdəymədə və bu kimi bir çox xəstəliklərə kömək edir. Saymaqla qurtarmayan faydaları var.
Sağlamolun.az sarmaşığın faydalarını və istifadə qaydalarını təqdim edir:
Faydaları:
Sarmaşıq, yaraların müalicəsində istifadə edilir.
Çibanları yetişdirir.
Sızanaqları yaxşılaşdırır.
Spazmaya qarşı yaxşı vasitədir.
Sarmaşıq, sellülit və revmatizmada faydalıdır.
Aybaşıda tənzimləyici təsirə malikdir.
Qəbizliyin aradan qaldırmağa və bağırsaq qurdlarını salmağa yardımçı olur.
Dalaq iltihabı, xora, qulaq və diş ağrısı, köklük, yuxusuzluqda fayda verir.
Soyuqdəymə, qrip, astma, bronxit, soyuqdəymə kimi tənəffüs yolu xəstəliklərində faydalıdır.
Sarmaşıqdan istifadə qaydası:
Sarmaşığın yarpaqları qurudularaq istifadə edilir. Meyvələri zəhərli olduğu üçün istifadə edilmir. Yarpaqlarının daxilən istismarında da diqqətli və ölçülü olunmalıdır. Daha çox bitkidən əldə edilən mahiyyətlər dərman sənayesində, hazır məhsul istehsalında istifadə edilir. Suda qaynadılan təzə yarpaqları kompress kimi bu ağrıyan yerlərə qoyulsa, ağrını yüngülləşdirir, çiban və sızanaqların üzərinə qoyanda, sağalmağını sürətləndirir. 1 xörək qaşığı bitki 0,5 litr suda 10 dəqiqə qaynadılıb süzülür.Gündə 3 dəfə yeməklərdən əvvəl bir çay stəkanı içilir.
Saglamolun.Az