“Göy öskürək zamanı eşşək südündən istifadə etmək lazımdır” sözləri xalq arasında çox geniş yayılıb. Bəs eşşək südü göy öskürəyə nə dərəcədə faydalıdır?
Sağlamolun.az xəbər verir ki, SƏHİYYƏ TV-də yayımlanan “Canlı Həkim Qəbulu” proqramında daxili xəstəliklər uzmanı Nurlan Hüseynov bu mövzuya aydınlıq gətirib.
O bildirib ki, heç bir kitabda bununla bağlı məlumata rast gəlinmir:
“Eşşək südü eşşəyin öz balasına aitdir. Buna görə də çox istifadə etməyə gərək yoxdur. Bu üsuldan heç vaxt istifadə olunmayıb və heç bir mənbədə də bu fikirlərə rast gəlinmir”.
Ətraflı videodan izləyin:
Saglamolun.Az