Pərpərən, Pərpətöyün, Gəlinbarmağı kimi tanınan bu bitki yabanı olaraq bitir. Yabanı bitki olmasına baxmayaraq geniş sağlamlıq faydalarına malikdir.
Sağlamolun.az pərpərənin potensial faydalarını təqdim edir:
- Anemiya, qan azlığında faydalıdır tərkibində bədən tərəfindən tez sorula biləcək dəmir vardır;
- Tərkibindəki saponinlər orqanizmə gümrahlaşdırıcı bir təsir göstərir, yorğunluq uzun sürən xəstəlik zamanı içilməsi faydalıdır;
- Qan təzyiqini salır və qanda şəkəri normallaşdırır;
- Tərkibindəki zəngin kalsium sümük boşluğunda, sümük əriməsində faydalıdır;
- Tərkibindəki kalium ürək əzələsini və saya əzələrin işini normallaşdırır;
- Uzun zaman sidikqovucu dərman içənlərdə kalium bədəndən qovulur amma pərpərən həm sidikqovucu kimi istifadə olunur həm də itirilən kaliumun əvəzinə tərkibindəki kaliumu bədənimiz mənimsəyir;
- Göz zəifliyindən əziyyət çəkənlər üçün faydalıdır tərkibində A vitamininə görə;
- Prostat vəzi xəstəliklərində faydalıdır;
- Beyinin inkişafı üçün faydalıdır əsasən uşaqlar üçün faydalıdır;
- Qaraciyər çatışmazlığı üçün olduqca faydalıdır;
- Tərkibindəki selikli maddələr yaxşı bir bəlğəmgətiricidir
- Dərini parlaqlaşdırır, cavanlaşdırır;
- Zob xəstələri üçün faydalıdır;
- Əsəbsakitləşdirici təsiri vardır, yuxunu dərinləşdirir;
- Xərçəngdən qorunmaq üçün faydalıdır tərkibində güclü antioksidantlar vardır;
- Qəbizlik əleyhinə təsiri vardır bununlada babasil üçün faydalıdır;
- Tərkibindəki selikli maddələr qastrit və kolitlər zamanı mədə bağırsağa bürüyücü olaraq təsir gösrərir və sağaldır;
- Yüksəlmiş xolesterini salır ümumiyyətlə ALT AST Bilrubin və triqliseridlərin yüksəlməsini aşağı salır;
- Aterosklerozda çox faydalıdır. Arıqlamaq istəyənlər üçün çox faydalıdır beləki təzə pərpərən yığılır qaynadılır və qatığa qarışdırılıb yeyilir.
- Tərkibində zəngin omeqa 3 vardır beyin inkişafı üçün faydalıdır, cinsi istəyi artırır çünki tərkibində E vitamini vardır.
Saglamolun.Az