Göz həyati vacib orqanlarımızdan sayılır. Gözlər qəlbin aynasıdır deyimi də boşuna deyilməyib. Gözümüzlə gördüyümüzü, qəlbimiz də qəbul edəndə həyat daha gözəl və xoşbəxt yaşanır. Gözümüzün hər zaman gözəllik görməsi üçün daim onun sağlamlığını nəzarətdə saxlamalıyıq. Mütəxəssislər bildirirlər ki, gözlərdəki adi narahatlıqlar, digər orqanların fəaliyyətinə də mənfi təsir edə, həyat keyfiyyətini minimum endirə bilər.
Bir qrup insanları gecələr görmənin bulanıq olması halı yaşayırlar. Alimlər bu şikayətlər əsasında, bu vəziyyətin səbəblərini araşdırıblar.
London Göz Mərkəzinin yaradıcısı, oftalmoloq Vik Şarma gecə görmə qabiliyyətinin pisləşməsini kataraktanın ilkin əlaməti kimi qiymətləndirib.
Həkimin sözlərinə görə, zamanla görmənin tez-tez pisləşməsinin səbəbi yaşlanma zamanı insanlarda baş verən bir xəstəlik– katarakt ola bilər.
“İnsanlar yaşlandıqca görmə problemləri yaşayır və ən çox görülən yaşa bağlı problemlərdən biri kataraktdır. Gözün lensindəki bulanıq ləkələr onun tədricən pisləşməsini göstərir. Əgər vaxtında həkimə müraciət etməsəniz, xəstə görmə qabiliyyətini tamamilə itirmək riski daşıyır”, – deyə həkim qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin məlumatına görə, 60 yaşdan yuxarı təxminən 17 milyon insan risk altındadır.
Oftalmoloq Vik Şarma vurğulayıb ki, kataraktanın ilkin əlamətlərindən biri qaranlıqda bulanıq görmədir. Bununla belə, London Mərkəzi tərəfindən aparılan son araşdırmada sorğuya qatılanların yalnız 33%-i kataraktanın bu əlamətindən xəbərdar olub.
Zeynəb Müzəffərli
Saglamolun.Az