Belə hesab olunur ki, evdə bitkilərin olması insan sağlamlığı üçün çox faydalıdır. Lakin bu bütün bitkilərə aid deyil.
Saglamolun.az İzvestiya qəzetinə istinadla xəbər verir ki, bəzi bitkilərin evdə saxlanılması orada yaşayanlara ziyan vura bilər. Bu ilk növbədə kaktuslara aiddir. Bu gülün şirəsində 120-dən artıq alkaloid maddələri var ki, onlar insanın sinir sisteminə ziyan vurur.
Kaktus
Həmçinin fikus, puansetiya, diffenbaxiya kimi bitkilərdə də zəhərli maddələr var ki, bu bitkiləri də evdə saxlamaq ziyanlıdır.
Diffenbaxiya
Puansetiya
Fikus
Söhbət tək dekorativ bitkilərdən getmir, gül dəstələri də insan sağlamlığına ziyan vura bilər. Belə ki, alimlərin fikrinə görə, inciçiçəyi, yasəmən, zanbaqdan olan gül dəstələri evə gətirmək olmaz. Bu güllər miqrenin inkişafına səbəb olur, orqanizmə narkotik təsir edir.
Saglamolun.Az