Bədəndə yaranan qırmızı nöqtələr – Ciddi xəstəlik əlamətidirmi?

Çox insanlarda qəfildən bədənin müxtəlif nahiyələrində - boyunda, dekoltedə, sinədə, kürəkdə qırmızı nöqtələr, xal kimi törəmələr - dərialtı hematomalar meydana çıxır.

Eləsi var bundan təşvişə düşür, eləsi var önəm vermir.

Medicina.az bildirir ki, əgər qırmızı nöqtələr çox və davamlı yaranırsa, onun səbəbini araşdırmaq lazımdır. Bəzən belə nöqtələrin səbəbi qaraciyər və mədəaltı vəzi xəstəlikləri ola bilər.

Beləliklə, dəridə qırmızı ləkərin səbəbləri bunlardır:

- Qırmızı nöqtələr dəriyə vurulan zərbə, travma, zədə zamanı yarana bilər: epilyasiya, depilyasiya, üzqırxma və s.

- Orqanizmdə C və K vitamini çatışmazlığı kapilyarların partlamasına səbəb olur

- Revmatik xəstəliklər

- Mədəaltı vəzi xəstəlikləri

- Qaraciyər xəstəlikləri

- Allergiyalar

İlk öncə qırmızı nöqtənin ölçüsünə diqqət yetirmək lazımdır:

- Kapilyar hemangioma - çox kiçik olur

- Kaver hemangioması - bir neçə iri qabarcıqdan ibarətdir, sanki içi qanla doludur.

Müalicə

Müalicə səbəbdən asılıdır.

Qırmızı nöqtələri müxtəlif üsullarla yox etmək mümkündür. Bunu yalnız həkim-dermatoloq müayinədən sonra etməlidir. Hal hazırda bunun üçün lazer, elektrik, azot, kimyəvi preparatlar istifadə olunur.

Qırmızı nöqtələri yandırmaq, qopartmaq və s. olmaz. Bu təhlükəlidir. 


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...

 


Яндекс.Метрика