Lipoma - piy şişi

Lipoma - yumşaq, hərəkətli və ağrısız piy toxumasının şişidir.

Faktiki olaraq, bu xoşxassəli şişdir. Lipoma təhlükəli deyil. Lakin çox nadir hallarda olsa da lipoma bədxassəli şişə - liposarkomaya - çevrilə bilər.

Lipomaya tez-tez təsadüf edilir. Qadınlarda lipomalar daha tez-tez olur. Biş donqarı (boyunun arxasında əmələ gələn şiş) də lipomanın növüdür.

Lipoma bədənin istənilən hissəsində piy toxuması olan yerdə inkişaf edə bilər. Adətən lipomalar beldə, boyunda, başda, qollarda və ayaqlarda, qadınlarda süd vəzilərdə  müşahidə olunur. Lakin bəzən lipomalar çox fərqli nahiyyələrdə, hətta daxili orqanlarda aşkar olunur.

Lipomanın əmələ gəlmə səbəbləri tibdə məlum deyil. Mütəxəssislərin fikirinə görə, mübadilə proseslərin pozulmaları, irsiyyət, şəkərli diabet, mədə, qara ciyər, qalxanvari vəzi xəstəlikləri lipomaların əmələ gəlməsinə təkan verə bilər.

Lipoma uzun müddət ərzində eyni ölçüdə qala bilər və ya yavaş-yavaş böyüyə bilər. Əgər lipoma 1-2 ay ərzində gözə çarpacaq qədər böyüyübsə, bərk, hərəkətsiz olubsa, bu yerin dərisi rəngini dəyişibsə, bu çox təhlükəli simptomlardır. Bu halda dərhal həkimə müraciət etmək lazımdır. Bu simptomlar lipomanın bədxassəli şişə (liposarkomaya) çevrilməsinə işarə edə bilər.

Lipoma üzü özündən sorula bilməz. Lipomanın yeqanə müalicə üsulu cərrahi əməliyyatdır. Yuxarıda qeyd etdiyimiz kimi, lipoma xoşxassəli şişdir və bu səbəbdən əksər hallarda insanın sağlamlığı üçün təhlükə yaratmır. Lakin lipoma irinləyə bilər, xəstəni narahat edə bilər, görünən yerlərdə yerləşdikdə kosmetik qüsur yaradır. Bunları nəzərə alaraq bir çox hallarda lipomanın xaric olunması daha məqsədəuyğundur. Bunu ilkin mərhələlərdə lipoma kiçik olanda etmək lazımdır.

Əksər  hallarda lipoma yerli anesteziyanın tətbiqi ilə ambulator şəraitdə xaric olunur və 1-2 saatdan sonra xəstə evə buraxılır. Dəriyə 1-2 kiçik tikiş qoyulur, tikişlər özü özündən sorulur.

Böyük lipomalar ümumi anesteziyanın tətbiqi ilə stasionar şəraitində xaric olunur. Biş lipoması zamanı liposaksiya tətbiq edilir.

Lipomanın kapsulu olur. Bu kapsulun xaric olunması çox vacibdir. Əks halda lipoma müəyyən vaxtdan sonra eyni yerdə təkrar inkişaf edə bilər.

Saglamolun.Az