Vitiliqo xəstəliyindən əziyyət çəkənlərə şad xəbər - Dermatoloq açıqladı

Vitiliqo xəstəliyi dünyada geniş yayılmış xəstəliklərdəndir.

İmmun sisteminin öz özünə hücumu ilə əmələ gələn, dəri piqmentlərinin itirilməsi ilə müşahidə olunan vitiliqo, el arasında "ala xəstəliyi" üçün tibb elmi illərlə dəyişik müalicə metodları icad etməyinə baxmayaraq yaranma səbəbi məlum deyildi və buna görə də müalicəsi tapılmırdı.

Son illərin araşdırmalarında tapılan kəşflər bu xəstəliyin müalicəsində fərqli və çox müsbət nəticələrə gətirib çıxartdı.

Dermatoloq Dr. Azər Şamilov vitiliqo xəstəliyi haqqında bildirib: "Vitiliqo neçə illər ancaq dəri xəstəliyi kimi tanınıb və müalicəsi də buna uyğun aparılıb. Ancaq dəriyə fokuslanaraq lokallaşdırılmış müalicələrin həyata keçirilməsi, kremlərdən istifadə və şüa müalicələrinin tətbiqi xəstəliyin müalicəsində müvəqqəti həll yolu olmuş, xəstəlik sonradan təkrarlanıb və hətta pisləşdiyi hallar da olub.

Ancaq son illərdə xəstəliyin əsl səbəbi ortaya çıxıb. Vitiliqo autoimmun yəni əsasında immun sistemi olan bir xəstəlik kimi təsdiqlənib. Bununla da vitiliqo xəstəliyinin müalicəsində yeni ümidlər yaranıb".

Dr. Azər Şamilov vitiliqo haqqında gərəkənləri belə sıraladı:

- Vitiliqo sadəcə dəri xəstəliyi deyil.

- Vitiliqo özündə başqa xəstəlik və ya risk faktorlarını daşıyır.

- Vitiliqo ilə bərabər vitamin əskikliyi araşdırılmalıdır.

- Vitiliqo immun sistemi ilə bağlı bir xəstəlik olub, immun sisteminin zəiflənməsinə səbəb olur. İmmun sistemi gücləndikdə, xəstəlik tamam yox ola bilər və ya məhdud sayda qala bilər.

- Vitiliqoda mütləq tiroid vəzi xəstəlikləri araşdırmalıdır. Endokrinoloq müayinəsi şərtdir.

- Vitiliqoda qida dəyəri mütləq araşdırmalı və xəstəyə özəl pəhriz təyin olunmalıdır.

- Vitiliqoda mədədə "Helikobakter Pylori" mütləq araşdırılmalıdır.

- Vitiliqoda insulin dirənci, şəkərə meyillilik və şəkər xəstəliyi araşdırılmalı və tapılarsa müalicə edilməlidir.

- Vitiliqo xəstəsinin xərçəngə, xüsusilə tiroid və kolon xərçənginə yoluxma riski digər insanlara görə daha yüksəkdir.

- Vitiliqo xəstəsinin "Rematoid Artrit", "Behçet", "Ankilozan Spondilit" , "Lupus", "Hashimoto", "Sifilis" kimi xəstəliklərlə yanaşı yaranma riski yüksəkdir.

- Vitiliqoda bağırsaq problemlərindən "Kandida", "Klostridium", "Disbiozis" olması araşdırılmalı və tapılarsa müalicə edilməlidir.

Dermatoloq bildirib ki, "Vitiliqonun tək təsirli və daimi müalicəsi immunoterapiya, yəni immun sistemi düzəltmək müalicəsidir. Bu müalicə eyni zamanda digər risk faktorlarını da hər insana individual olaraq ortadan qaldıracaq. İmmunoterapiya ilə sistemli müalicə təmin edilir, yəni immun sistemində olan bütün problemlər tapılır, həll olunur, təsirli və daimi müalicə ilə təmin edilir".

Azər Şamilov
Dermatoloq-kosmetoloq

 

 

.

Saglamolun.Az