Son illərin ən böyük nailiyyətlərindən biri də allergik xəstəliklərin diaqnostikasının molekulyar səviyyədə aparılmasıdır.
Molekulyar allerqodiaqnostikanın əsasını təşkil ImmunoCAP testi vasitəsi ilə xəstəliyə molekulyar səviyyədə diaqnoz qoymaq, inkişafını proqnozlaşdırmaq və gedişatını izləmək, pasiyentin allergen profilini müəyyənləşdirmək, nəticələrə uyğun fərdi tövsiyyələr vermək mümkündür.
Digər “in vitro” testlər ilə müqayisədə İmmunoCAP cihazının həssaslığı və spesifikliyi dəfələrlə yüksəkdir. Bu üsulla hələ klinik cəhətdən özünü biruzə verməyən həssaslıqları da aşkar etmək mümkündür.
Bunlar məhz Azərbaycan Respublikasında ilk və dünya standartlarına cavab verən ImmunoCAP ISAC və ImmunoCAP Phadia cihazları vasitəsi ilə həyata keçirilir.
Müasir allerqodiaqnostikanın ən son nailiyyəti sayılan ImmunoCAP ISAC texnologiyasının üstünlükləri:
- Pasiyentin IgE anticism profilini təyin edən yüksək dərəcədə təkmilləşdirilmiş avadanlıqdır.
- Yalnız allergen komponentlərinə əsaslanan ilk in vitro diaqnostik testdir.
- 51 allergen mənbəyində olan 112 allergen komponentinə qarşı həssaslığı təyin edə bilir.
ImmunoCAP Phadia cihazı vasitəsi ilə mümkündür:
- Xəstəliyin atopik mənşəli olmasının təsdiq və ya inkar edilməsi (Phadiatop və Phadiatop infant skrin-testləri qanda total IgE analizi ilə müqayisədə daha həssas və spesifikdir — həssaslıq dərəcəsi 98 %, spesifikliyi isə 89% təşkil edir).
- Sistem reaksiyaların baş vermə riskinin qiymətləndirilməsi (qanda triptazanın konsentrasiyasını təyin etməklə).
- Çarpaz reaktivliyə əsaslanaraq simptomların izahı.
- Allergen spesifik immunoterapiyanın göstəriş olduğu pasiyentlərin düzgün seçimi.
Qeyd etmək lazımdır ki, bu müayinələr bütün yaş qruplarında, o cümlədən yenidoğulmuşlarda, hamiləlik və laktasiya dövründə olan qadınlarda, xəstəliklərin kəskinləşmə dövründə və müxtəlif qrup dərman preparatlarını qəbul edən pasiyentlərdə aparıla bilər.
Həmidə Səlimzadə
Həkim-allerqoloq
.
Saglamolun.Az