Narkotiki aşkar edən ağıllı qolbaq hazırlanıb


MƏQSƏD: CİNSİ ZORAKILIQLA MÜBARİZƏ

Portuqaliyalı və İspaniyalı alimlər, xüsusilə əyləncə məkanlarında istifadə üçün nəzərdə tutulan və içkilərdə narkotik maddələrin aşkarlanmasına kömək edən ağıllı qolbaq hazırlayıb.
Yeni aksesuar cinsi zorakılıq məqsədilə gizli şəkildə içkilərə qatılan narkotik maddəni aşkar edə bilir. Xarici görünüşü adi festival qolbağını xatırlatsa da, onun daxilində xüsusi kimyəvi sensor yerləşdirilib. İstifadə qaydası isə çox sadədir: qolbağın üzərinə içkidən bir neçə damcı atılır və əgər tərkibdə mərkəzi sinir sisteminə təsir edən qadağa olunmuş maddə varsa, sensor yaşıl rəngə çevrilir.
Yeni cihazın bir ədədin qiyməti 3–5 avro, təxminən 6 – 10 manat, toplu halda isə 1 avroya, təxminən 2 manata qədər enir. Artıq ilk partiyalar İspaniya və Portuqaliyanın klublarında, festivallarında istifadəyə verilib.

Saglamolun.Az