UĞURSUZ HAMİLƏLİKLƏRİN SİRRİ AÇILDI
Alimlər embrionun implantasiya prosesini ilk dəfə canlı müşahidə edib.
Barselonada Kataloniya Bioinjenereya İnstitutunun alimləri ilk dəfə canlı olaraq süni uşaqlıq modeli yaradaraq insan embrionunun necə implantasiya olunduğunu izləyib.
Model kollagen və zülallardan hazırlanıb, və buraya yerləşdirilən embrionların toxumaya aktiv şəkildə nüfuz etdiyi müşahidə olunub. Sağlam embrionlar daha güclü şəkildə toxumanı "dartaraq" implantasiyanı uğurla həyata keçirib. Tədqiqat göstərib ki, embrionun tətbiq etdiyi fiziki güc implantasiyanın uğurunda mühüm rol oynayır.
Bu kəşf, uğursuz hamiləliklərin və süni mayalanmanın (EKO) səbəbini daha dəqiq anlamaq baxımından da çox önəmlidir, deyə alimlər qeryd edir. Statistikaya görə, hazırda embrionların təxminən 60%-i ya implantasiya olunmur, ya da erkən mərhələdə inkişafdan geri qalır.
Saglamolun.Az