BURUNLA DODAQ ARASINDAKI TƏHLÜKƏ
Orta yaşlı qadın sızanaq sıxdıqdan sonra ağır vəziyyətə düşüb. Tibb sahəsində " burun və üst dodaq arasındakı həyat üçün təhlükəli hesab edilən nahiyə “ölüm üçbucağı" adlanır.
Sızanağı sıxdıqdan sonra London sakininin üzü bir neçə saat ərzində şişib və qadın təcili xəstəxanaya yerləşdirilib.
Həkimlərin məlumatına görə, infeksiya dəridən qan damarları vasitəsilə beyinə keçib. Pasiyent reanimasiya şöbəsinə yerləşdirilib və dərhal dörd güclü antibiotiklə müalicəyə başlanılıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu nahiyədəki qan damarları birbaşa beyinlə əlaqəlidir və bu zonadakı kiçik bir iltihab belə ciddi fəsadlara — insult, iflic, görmə itkisi və ya hətta ölümə səbəb olur.
“Burun və üst dodaq arasında yerləşən ‘ölüm üçbucağı’nda heç bir səpgini sıxmayın. Belə hallar həyati təhlükə yarada bilər.”, deyə həkimlər çağırış edib.
Saglamolun.Az