XƏBƏRDARLIQ
Stenford Universitetinin alimləri sosial şəbəkələrdəki qısa videoların insan beyninə təsirinin alkoqol və hətta narkotik maddələrlə müqayisə oluna biləcəyini açıqlayıb. Tədqiqat nəticələrinə görə, xüsusilə TikTok platforması bu baxımdan beş dəfə daha zərərli hesab olunur.
Alimlər bu cür kontenti “ucuz dopamin” mənbəyi adlandırır. Qısa videoların fasiləsiz axını beyində asılılıq yaradan model narkotik maddələrin yaratdığı təsirə bənzəyir. Ən çox zərər görən hissə beynin ön payı – yəni diqqət, iradə və özünüidarəetməyə cavabdeh olan bölgədir. Cəmi 2–3 ay davamlı şəkildə qısa videolara baxmaq diqqət toplama qabiliyyətini xeyli zəiflədir. Alışqanlıq halını almış tez-tez dəyişən vizual stimullar nəticəsində insan hətta 1 dəqiqəlik sadə tapşırığa belə diqqətini cəmləyə bilmir.
Mütəxəssislər xüsusilə yatmazdan əvvəl TikTok və oxşar tətbiqlərdən istifadənin məhdudlaşdırılmasını tövsiyə edir.
Saglamolun.Az