Загрузка...

Anada süd çatışmırsa, nə etmək lazımdır?

Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.

Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.

Süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.

Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb körpənin xatirinə mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər. Bütün bunlara baxmayaraq süd çatışmırsa, körpəyə əlavə olaraq xüsusi süd qarışıqları vermək olar. Ancaq hər bir halda ana südünün miqdarını azaltmayın. Körpənin qidalandırılmasında ana südü həcmcə üstünlük təşkil etməlidir.

Yalnız ana südü ilə əsas qidalanmadan sonra körpəyə şüşədən süd təklif edin. Əlavə qidanın həcmi körpənin iştahasından asılıdır. Uşağın çəkisi 4,5 kq-dan artıqdırsa, o, 100-150 qr südü bir dəfəyə içəcək. Uşağın çəkisi 4,5 kq-dan az olarsa, o, bir qədər az miqdarda süd içəcəkdir. Körpəni ana südü ilə əmizdirdikdən sonra ona əlavə olaraq 80-90 qr süni süd təklif edin və istədiyi qədər içməyə imkan verin, artığını isə tullayın.

Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Yadda saxlayın ki, ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin - körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.

İndi apteklərdə laktasiyanı gücləndirmək üçün xüsusi preparatlar satılır. Bu haqda uşaq həkimi ilə məsləhətləşin.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Guldane 08.09.2012 08:20
Salam. 6 gundur ovladim dunyaya gelib.Ana sudu vermek isteyirem, amma sudum cox az ve aciq (sud renginde deyil) rengdedi.Usaq ise bir balaca emir sonra qebul etmir.Men sudumu coxaltmaq ve keyfiyyetli etmek ucun ne etmeliyem? Evvelceden tesekkur edirem.
#2 Administrator 10.09.2012 16:49
Hörmətli oxucumuz!
Mümkün qədər çox yatın və dincəlin (laktasiyaya "cavabdeh" olan prolaktin hormonu daha fəal şəkildə məhz yuxu zamanı ifraz olunur), yaxşı qidalanın, kifayət qədər maye qəbul edin. Laktasiyanı artırmaq üçün xüsusi çaylar və dərman preparatları mövcuddur (həkimlə məsləhətləşin). Əsas şərt - körpəni daha tez-tez əmizdirin, bu laktasiyanın artmasına kömək edəcək.
Ruhdan düşməyin.
#3 Ummul Muhamməd 02.02.2013 15:04
3 -cü uşağa hamiləyəm. sayılı günlərim qalıb. müəyyən qədər təcrübəm var. Laktasiyanı gücləndirmək üçün SANASol adlı vitamin preparatı, Apilak adlı vitamin preparatı (dil altına gündə 2-3 ədəd qoymaqla), və xüsusi süd artıran çaylar (satışda var) qəbul edə bilərsiniz. Hamısını həkim göstərişi ilə qəbul etmişəm. Məsuliyyətlə tövsiyyə edirəm. Bir də yemək yedikdən sonra üzü üstə bir az (5 dəq) uzanmaq lazımdır. oturaq vəziyyətdə süd vermək məsləhətdir. Uşaq yatan kimi siz də fürsət tapıb yatın. Başqa da qara Cirə ilə süd artıran reseptlərim var. Ehtiyacınız olsa yazaram. ALLAH amanında. Və Birdə ən əsası Bəqərə surəsinin 74-cü ayəsini və Nəhl surəsinin 66-cı ayəsini ərəbcə yazıb suya qoyun və o sudan gün ərzində susadıqca için. ALLAH körpənizin ruzisini bol eləsin.
#4 samira 17.02.2013 19:52
Salam ummul muhammed qara cireler haqda resepıervizi yazasiz ve başka sud artrici terkibi vitaminli resepıer bilirsinizse yazin. Önceden teşekkurler edirem eyer yazsaniz... helelik..
#5 Ummul Muhamməd 22.02.2013 16:26
Süd artırmaq üçün bitki tərkibli tealakton (apteklərdə var) çayı, Yemişan suyu (aptekdə satılır) səhər-axşam yeməkdən əvvəl 10 damcı, 1st suya damızdırıb içmək, 100 qr.kök şirəsi ilıq, içmək məsləhətdir.
Reseptlər- Ana südünü artıran sadə reseptlər:
• 1. 10 damcı qara zirə yağı ilə 3 xörək qaşığı balı qarışdırın. 1 – 2 ay olmaqla hər səhər ac qarına qəbul edin. Hazırlanmış məhlul nəinki laktasiyanı artıracaq, o həmçinin həzm prosesini yaxşılaşdıracaq və sizi köpdən azad edəcək.
• 2. Qara zirənin üyüdülmüş toxumunu balla eyni miqdarda qarışıdırın. Alınmış qatışığı zeytun yağı ilə birlikdə bir xörək qaşığı qəbul edin. Mütəmadi olaraq 2 ay qəbul etməyi davam edin. Bu nəinki laktasiyanın gücləndirilməsi nə xidmət edəcək, həm də doğuş sonrasında bədəninizin immunitetini qaldıracaq və qaraciyərinizi təmizləyəcək.
• 3. Bir çay qaşığı qara zirə tumunu 300 ml su ilə 7-8 dəqiqə olmaqla qaynadın. 1 saat saxlayıb, süzün. 1-2 ay müddətində gündə 3-4 dəfə yeməkdən qabaq 1/3 stəkan qəbul edin. Bu üsuldan həmçinin öd kisəsinin müalicəsində də istifadə edə bilərsiniz.
• Resept 1. İstifadə qaydası: 0,5 çay qaşığı sarıkökü 0,5 qaynar suda dəmləyin, bir çay qaşığı bal töküb ağzını bağlayın. 5 dəqiqəgözləyin. Dəmləməni gündə 2 dəfə içə bilərsiniz.
• Resept 2. Sarıkök, gecə qaynar süd, yağ və balla içilir. Bu süd axınını yaxşılaşdırır və sinir sistemini sakitləşdirir. Südə allergiyasi olanlar südün əvəzinə qaynar su istifadə edə bilərlər.
Resept 1. Kök şirəsini hazırlamaq üçün əsaslı yuyulmuş və təmizlənmiş kökün şirəsini çəkərək gündə 2-3 dəfə yarım stəkan miqdarında qəbul etmək olar. Dad keyfiyyətini yaxşılaşdırmaq üçün şirəyə qaymaq, süd, bal, gilmeyvə şirəsi də əlavə etmək olar. Kök şirəsinin təsirinin azalmaması üçün əlavələr çox olmamalıdır (hər stəkan üçün 1-2 xörək qaşığı). Kök şirəsinin tərkibində olan yağda həll olan vitaminləri nəzərə alaraq qaymaqla qəbul edilməsi yerinə düşərdi. Ümumiyyətlə, şirəni ilıq qəbul etmək lazımdır. Rahat yuxu və əsəb gərginliyini azaltmaq məqsədi ilə içkiyə 1-2 çay qaşığı bal əlavə etmək olar.
Güldəfnədən hazırlanmış çay ana südünün axınına səbəb olur: “Sarı Misir çayını hazırlamazdan əvvəl, toxumları əsaslı surətdə təmiz soyuq suda yaxalayıb təmizləyin. Sonra 2 çay qaşığı güldəfnə toxumuna 1 stəkan su əlavə edib odub üzərinə qoyun, 5-7 dəqiqə ərzində qaynadın. Bu möhtəşəm içkinin dadını yaxşılaşdırmaq üçün, istəyinizdən asılı olaraq ona zəncəfil, limon və ya bal qata bilərsiz. Bu çaydan sutka ərzində 3-4 dəfə içə bilərsiz”.
Yəqin bəs edər. Körpəm dünyaya gəldi. Husnam. ALLAH həsrətində olan bütün möminə bacılarıma bu sevinci nəsib etsin. Amin.
#6 ELMIRA 13.11.2013 11:33
1 ayliq korpeye keci sudu vermek olarmi?xeyir ve zereri nelerdi?
#7 Administrator 13.11.2013 12:00
Hörmətli oxucumuz!
Vermək olmaz. Körpə ana südü və ya ana südü olmadıqda xüsusi süni süd qarışıqları ("smes") ilə qidalandırılmal ıdır.

Загрузка...

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика