Qalxanvari vəzini sağlam saxlamaq istəyirsinizsə… - FAYDALI RESEPT

Qəbul etdiyimiz qida orqanizmi lazım olan maddələrlə təmin edir və həmçinin “dərman” funksiyasını yerinə yetirir.

Sirr deyil ki, pəhriz bir çox xəstəliklərin müalicəsində əsas rollardan birini oynayır.

Saglamolun.az tanınmış amerikalı tireoidoloq (qalxanvari vəzi xəstəliklərini müalicə edən həkim) Elizabet Ventzin qalxanvari vəzinin funksiyasını yaxşılaşdıran təbii smuzi reseptini təqdim edir.

Bizə lazım olacaq:

  • 3 kərəviz saplağı
  • 1 fincan ispanaq
  • 1 alma
  • 1 stəkan su
  • 1 ç.q. bal

Bütün inqrediyentləri blenderdə qarışdırın, bal əlavə edin və için. Almanı soymayın, onun qabığı da qalxanvari vəzi üçün vacib olan maddələrlə zəngindir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...