İmmuniteti belə gücləndirin – Dietoloqdan TÖVSİYƏ

Fəsil dəyişməsi, havaların soyuması soyuqdəymə, zökəm, qripin geniş yayılmasına səbəb olur.

Çoxları xəstələnməmək, viruslara yoluxmamaq üçün immun sistemini gücləndirmək barədə düşünür. Bunu necə etmək olar?

E-tibb.az bildirir ki, Türkiyədən olan uzman dietoloq Sinem Usuk güclü immun sisteminə sahib olmaq üçün qidalanmanın mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Onun sözlərinə görə, sağlam qidalanma, təbii qidalardan istifadə fəsildən asılı olmayaraq əsas hədəf olmalıdır. Dietoloq hesab edir ki, immun sistemini gücləndirmək üçün ilk növbədə A, C vitaminləri və sinklə zəngin qidalar üstünlük təşkil etməlidir.

Mütəxəssis vurğulayıb ki, mövsümə uyğun olaraq qidalanma immun sistemini gücləndirən amildir. Bu halda tünd yaşıl yarpaqlı göyərtilər, parlaq narıncı rəngli meyvələr, yağlı balıqlar immun sistemini gücləndirək yuxarı tənəffüs yolları infeksiyalarına qarşı dözümlülük yaradır.

Heyvani qidalar arasında qaraciyər, yumurta, süd, kərə yağı, göyərtilər ispanaq, çuğundur yarpağı, kök, boranı A vitamini ehtiyacını ödəyir.

Qeyd olunub ki, nəzəri olaraq yetkin yaşında olan bir şəxsin gün ərzində təqribən 90 mq C vitamini qəbul etməsi lazımdır. Praktik olaraq isə bu, 2 kiçik narıngi, 1 portağal, 3 bibərdə var. Səhər yeməyində 3 ədəd yaşıl bibər, gün ərzində 2 narıngi yeməklə gündəlik C vitamini ehtiyacını ödəmək mümkündür.

Havalar soyuyan kimi tez C vitamini preparatları almaq yox, bunun əvəzinə C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər qəbul etmək lazımdır.  

Süd verən qadınların, çox stress keçirənlərin, alkoqol, siqaret istifadəçiləri, yüksək temperaturla müşayiət olunan virus xəstəliklərinə yoluxanların, antibiotik və ağrıkəsici istifadə edənlərin gündəlik C vitamini ehtiyacı daha yüksək olur.

İmmun sisteminin güclənməsində, xəstəlik nəticəsində zəifləyən immunitetin sürətlə toparlanmasında C vitamini mühüm rol oynayır.

Bunun üçün qırmızı ət də daxil olmaqla, sink qaynağı sayılan heyvani qidalar qəbul etmək vacibdir. Balqabaq tumu, tünd yaşıl rəngli göyərtilər də bu baxımdan çox faydalıdır. Eyni zamanda gündəlik su istifadəsi immun sisteminin normal çalışması üçün əhəmiyyətlidir. Ən çox da infeksiyalaşma zamanı su qəbulunu artırmaq lazımdır.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
Teyran Şəmsəddinskaya

Teyran Şəmsəddinskaya

Damar xəstəlikləri

Damar cərrahı Tibb üzrə fəlsəfə doktoru

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...

 


Яндекс.Метрика