Загрузка...

Yenidoğulmuş körpənin tənəffüsü, nəbzi və hərarəti

Fizioloji yetkin uşaq anadan olandan bir dəqiqə sonra qışqıraraq ilk dəfə nəfəs alır.

Əgər diri doğulmuş uşaq (ürək döyünməsi eşidilən) tənəffüs etmirsə və ya tək-tək ardıcıl olmayan tənəffüs hərəkətləri edirsə, bu asfiksiyanı, boğulmanı göstərir.

Əksər hallarda asfiksiyanı müxtəlif yollarla aradan götürmək mümkün olur. Lakin onun nəticələri olaraq tənəffüs və qan dövranı pozğunluqları əmələ gələ bilər. Asfiksiya ilə doğulan bütün uşaqlar ciddi həkim müayinəsindən keçməlidirlər.

Anadan olandan 20 dəqiqə sonra körpənin bədən hərarəti 380C-yə qədər qalxır, sonra tədricən 36,70C-yə qədər enir. Bəzi uşaqlarda 6 ayına qədər bədən hərarəti 37,50C olur. Bu zaman digər xəstəlik əlamətləri yoxdursa, bu barədə narahat olmağa dəyməz. Bu hal körpələrin zəif termorequlyasiyasının nəticəsidir.

Uşağın yaşı

Nəbz

(1 dəq. ərzində)

Tənəffüs

(1 dəq. ərzində)

1 aya qədər

140-160

40-60

6 ay

130-135

35-40

1 yaş

120-125

30-35

Qeyd edək ki, böyüklər normada dəqiqədə 18 dəfə tezliyi ilə nəfəs alırlar. Böyüklərdə sakit halda nəbz isə orta hesabla dəqiqədə 72 vurğu olur.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика