TİBBDƏ NADİR HADİSƏ
20 dəqiqə ərzində 2 litr su içən qadın ölüb. Hadisə Amerikada baş verib.
İndiana ştatında 35 yaşlı qadın Ashley Summers ailəsi ilə birlikdə Friman gölünün sahilində istirahət edərkən istidən özünü pis hiss edib və su içə bilmədiyindən şikayətlənib.
Daha sonra şiddətli baş ağrısından şikayətlənib. Dincəlmək üçün evə qayıdan qadını qohumları bir müddət sonra huşunu itirmiş halda tapıb. Xəstəxanaya aparılsa da, elə orada özünə gəlmədən dünyasını dəyişib.
Həkimlər Summersin həddindən artıq nəmlənmə - bədəndə və ya onun ayrı-ayrı hissələrində həddindən artıq su olması səbəbindən öldüyünü müəyyən edib. Ashleyin qardaşının sözlərinə görə, o, 20 dəqiqə ərzində dörd ədəd yarım litrlik butulka su içib, lakin ailədən heç kim suyun belə faciəvi nəticəyələnəcəyini düşünməyib.
Mərhumu müayinə edən həkim Alok Kharwani jurnalistlərə bildirib ki, belə hallar nadirdir. Onun sözlərinə görə, indi insanlar bir anda çoxlu su içirlər, lakin böyrəklər saatda cəmi bir litr təmizləyə bilir. Harvani isti hava zamanı təkcə su içməyi deyil, həm də dondurma yeməyi, meyvə şirələri, kokos suyu, bitki südü içməyi tövsiyə edib.
Saglamolun.Az