Bağırsaq spazmlarının aradan qaldırılması üçün xalq təbabətində çarələr çoxdur.
Sağlamolun.az onlardan ikisini təqdim edir:
Nanə
1 çay qaşığı doğranmış nanənin içinə 1 stəkan qaynar su tökün. İsti yerdə 15 dəqiqə dəmləyin. Hazırlanmış içkini gündə 2 dəfə yeməkdən sonra içmək olar.
Kətan
2 xörək qaşığı kətan toxumu üzərinə 1 stəkan qaynar su tökün. Qarışığı 30 dəqiqə isti yerdə dəmləyin. Məhsulu gündə 3 dəfə 5 çay qaşığı istifadə edirik.
Saglamolun.Az