Psixoloqlar Bioloji Təbabət və İnteqrativ Müalicə Mərkəzində - FOTOLAR

Aprelin 2-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq və mütəxəssislərdən ibarət bir qrup nümayəndəsinin Bioloji Təbabət və İnteqrativ Müalicə Mərkəzinin həkimləri ilə görüşü olub. İnteqrativ Müalicə Mərkəzinin baş həkimi Gülnar Quliyeva əvvəlcə qonaqlara Bakıdan əlavə Göyçay, Sumqayıt və Masallıda fəaliyyət göstərən filiallarda həyata keçirilən  müayinə və müalicə üsulları barədə məlumat verib. Qeyd edib ki, İnteqrativ Təbabət sağlamlıq və optimal müalicəni təmin etmək üçün tibbin bütün sübut olunmuş üsullarını özündə birləşdirir. Almaniya, İsveçrə, İtaliya, Belçika, Avstriya kimi inkişaf etmiş ölkələrdə İnteqrativ Təbabət metodları ilə müalicəyə üstünlük verilir.Bu metodlar xüsusilə, xroniki, çətin sağalan və ya sağalması mümkün olmayan xəstəliklərin müalicəsində daha effektiv və təhlükəsizdir.

Daha sonra  Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda  seminar və xəstə qəbulu keçirən  bir sıra xarici ölkənin bu sahədə tanınmış həkim və mütəxəssisləri və Müalicə Mərkəzinin əməkdaşlıq etdiyi xarici dərman firmaları barədə.(HEEL, GUNA, SYMBİO PHARM, SANUM KEHLBECK  və s.) slayd nümayiş etdirilib.Önəmli bir fakt da qonaqların nəzərinə çatdırılıb ki, Almaniya və İtaliya istehsalı olan biotənzimləyici preparatlar orqanizmə heç bir zərər vermir, nano dozada və təbii tərkibli  olduğuna görə  orqanizm tərəfindən asanlıqla mənimsənilir.  

G.Quliyeva sonda  Ümumdünya autizm gününə təsadüf edilən bu görüşün hər iki tərəf üçün əhəmiyyətli olacağına ümid bəslədiyini bildirib.

Qeyd olunub ki, autizm xəstələrində bağırsaq keçiriliciyinin yüksəlməsi müşahidə edildiyindən canlı qanın müayinəsi həkimə  daha ətraflı informasiya vermək baxımından vacib bir müayinə üsuludur və bu  müayinə Azərbaycanda yalnız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin filiallarında həyata keçirilir.Canlı qanın müayinəsi üzrə mütəxəssis Amalya Rəhimova  autizmli xəstələrdə müayinə zamanı   müşahidə etdiyi faktları görüş iştirakçıları ilə bölüşüb. Sonra uşaq nevroloqu Təranə Həşimova, nevroloq Ülviyyə Səlimova, pediatr Sevinc Abdullayeva, həkim-fizioterapevt Nuriyyə Əlibəyli  belə xəstələrin müalicəsində effekt  almaq üçün komanda işinin vacibliyini vurğulayaraq   İnteqrativ Müalicə Mərkəzinin   uğurlu nəticələrindən  danışıblar.

          Görüşün sonunda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva qeyd edib ki,  autizm xəstələrinin müalicəsi üçün lazımi şəraitlərinin olmasına baxmayaraq müalicə prosesində nevroloqların konsultasiyasına hər zaman ehtiyac duyulur. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində çalışan həkimlərin peşəkarlıqlarına  əmin olduğuna görə qarşlıqlı əməkdaşlığın da fayda verəcəyinə inanır.Mərkəzin Əhmədli, Gənclik, Xırdalan, İnşaatçılar filiallarının psixoloqları  da çıxışlarında  autizmli xəstələrin müalicəsində əldə etdikləri uğurlar barədə məlumat veriblər. Görüşdə iştirak edən həkimlər və  psixoloqlar autizmli xəstələrin  müalicəsində rast gəldikləri problemləri müzakirə edərək belə nəticəyə gəliblər ki, bu xəstələrdə müəyyən müddətli remissiya almaq , onların  sosial həyata adaptasiyasına yardımçı olmaq baxımından birgə iş birliyi vacibdir. Görüşün sonunda qarşılıqlı əməkdaşlıq barədə təklif və fikirlər səsləndirilib.

 

Saglamolun.Az