Загрузка...

Körpənizlə qucaqlaşmağın xeyrinə daha bir araşdırma!

Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar.

Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir. Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər. Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. Araşdırmanın nəticələri “Applied Development Science” elmi jurnalında dərc ediləcəkdir.

“Qucaqlamaq fərq edir” elan edən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan ” qucağa öyrəşdirmə” anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər. Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsizniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.

Narvaez qeyd edir ki, valideyn körpəsi ağlayərkən qucağına götürüb sakitləşdirmədikdə, onun ağlayıb-ağlayıb özünün sakitləşməyi üsulunu tətbiq etdikdə, körpənin inkişafını çökdürür. Körpənin fitrətindədir ki, onu qucaqlasınlar, öpsünlər, bağra bassınlar. Bu həm valideyn həm də uşaq üçün tamamilə normal və məntiqə uyğun münasibətdir.

Valideynlərin körpələrinə qucaq-qucaq istilik verməkləri gələcəkdə onların daha asan tərbiyə olunan və daha xoşbəxt şəxsiyyətlər yetişdirməyə imkan verəcəkdir.

Mənbə: www.wqad.com

 

Vib.az

 


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика