Xroniki xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşma adlı simpozium keçiriləcək

Hörmətli həkimlər və səhiyyə işçiləri!

Sizi 20 aprel tarixində "JW Marriott Absheron" otelinin Şərq zalında keçiriləcək "XRONİKİ XƏSTƏLİKLƏRİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA" adlı "I Beynəlxalq Elmi-Praktiki Simpozium"da görməkdən məmnun olarıq.

Spikerlərimiz:

◾Prof. Fikriyyə İbrahimli-  həkim terapevt, tibb elmləri doktoru, professor;
Beynəlxalq  Elmlər Akademiyasının (H&E) akademiki,  Azərbaycan  Tibb Universitetinin professor,  Azərbaycanda  təsis edilmiş "Bioloji  Təbabət və Antihomotoksik terapiya" cəmiyyətinin sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor.
◾Dr.med.Thomas Rauf-  Bioloji təbabət üzrə ekspert, Sonnenberg Biomed Mərkəzinin təsisçisi və baş həkimi.
◾Dr.Alessandro Perra- “Guna” Pharmaceuticals şirkətinin elmi direktoru.
◾Dr.Murat Baş-  onkoloq, Bütüncül tibb məktəbinin yaradıcısı və rəhbəri.
◾Dr.Arzu Musayeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.
◾Dr.Arzu Quliyeva - terapevt
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.

Tədbirdə xroniki xəstəliklərin müalicə və diaqnostikasında ən son elmi nailiyyətlərin müzakirəsində yaxından iştirak etmək, yeni fikir və yanaşmalarla tanış olmaq, öz baxış və suallarına yerli və əcnəbi ekspertlərdən müvafiq cavablar əldə etmək və sonunda tibbi-elmi ictimaiyyətlə əlaqələrini gücləndirmək və şəbəkələşmək istəyi olan bütün həkimlər və səhiyyə sahəsində çalışan rəhbərlər, menecerlər və mütəxəssislər məmnuniyyətlə iştirak edə bilərlər.

      Tədbir zamanı öz ixtisasları üzrə  ekspert-mütəxəssis olan bir sıra   yerli və əcnəbi məruzəçilər həm seminar, həm də  panellər vasitəsilə təcrübə və biliklərini bölüşəcəklər. Bundan əlavə, iştirakçılar arasında interaktiv sessiyalar keçiriləcək və təqdimatların müzakirəsi aparılacaq.

Tədbirin vaxtı:
⏰10:00-17:30
📍"JW Marriott Absheron" oteli

❗Qeydiyyat linki:

https://bit.ly/simpozium2024qeydiyyat

 

✅ Qeydiyyatla bağlı suallarınız olarsa (051)2359956 telefon nömrəsilə əlaqə saxlamaq mümkündür.

 

Saglamolun.Az