Tibb dünyasında milyonlarla insana ümid bəxş edəcək yeni bir inkişaf baş verib.
Sağlamolun.az xəbər verir ki, Prof. Dr. Cengiz Köksal anasının ölümünə səbəb olan xəstəliyin çarəsini tapıb.
Belə ki, ürək qapağı çatışmazlığı olan anası Köksala hamilə qalanda həkimlər “hamiləliyi sonlandırmalıyıq” deyib. Anası isə “Yuxuda gördüm, bu uşaq dünyaya gələcək, gələcəkdə böyük həkim olacaq, məni sağaldacaq” deyərək həyatını riskə ataraq onu dünyaya gətirib. 1968-ci il təvəllüdlü həmin uşaq böyüyüb, faktiki olaraq tibb fakültəsinə daxil olub. Hələ tələbə ikən anası ürəyindən əməliyyat olunmalı olub. Onun ürəyinə süni qapaq qoyulub, lakin o, 58 yaşında infeksiya səbəbindən əməliyyatdan sonra vəfat edib.
Prof. Dr. Cengiz Köksal anasını sağalda bilmədi, ancaq “süni qapaq ehtiyacı olmadan” xəstənin öz toxuması ilə “triküspit qapağı təmir etmə üsulu” ilə dünya tibb ədəbiyyatına daxil olub. Peşəkar həyatını ürək qapaqlarının təmirinə həsr edən prof. Dr. Köksal uşaqlıqda məruz qalan badamcıq infeksiyası səbəbiylə heç bir əlamətsiz irəliləyən və hamiləlik zamanı meydana gələn mitral qapaq çatışmazlığına çarə taparaq, analara çox əhəmiyyətli xəbələr verib.
Bəsti MƏMMƏD
Saglamolun.Az