Tez-tez tualetə getmək xərçəng əlamətidir? - Həkimdən QORXUNC XƏBƏRDARLIQ

Türkiyəli ginekoloq Emel Kurtoğlu Özdeşin sözlərinə görə, tez-tez sidiyə çıxmaq xərçəng xəstəliyinin əlaməti ola bilər.

Publika.az xəbər verir ki, yumurtalıq xərçəngi müəyyən edilməsi çətin olan qadın xəstəlikləri arasında yer alır. Həkimin sözlərinə görə, diaqnozu əsasən daha irəli mərhələdə müəyyən olduğu üçün qadınlarda ən çox ölümə səbəb olan xəstəliklərin başında gəlir. Ailə üzvlərində yumurtalıq və ya döş xərçəngi olan qadınların xəstəliyə yaxalanma riski daha yüksəkdir. Eyni zamanda, sonsuzluq, şokolad kisti ilə mübarizə aparan, siqaret istifadə edən və kök qadınlar da yumurtalıq xərçəngi riski daşıyır.

Yumurtalıq xərçənginin ən mühüm əlamətləri belədir:

- Qarın şişkinliyi;

- Yemək istəyinin az olması və ya tez doyma hissi yaşamaq;

- Tez-tez sidiyə çıxmaq;

- Təkrarlanan qasıq və ya qarın ağrısı.

Bu şikayətlər son bir il ərzində ilk dəfə ortaya çıxıbsa və ya ayda 12 dəfədən çox təkrar edirsə, problemləri yaşayan xəstə vaxt itirmədən həkim müayinəsindən keçməlidir. Lazım görüldüyü təqdirdə xəstənin ginekoloji xərçəng cərrahiyyəsi sahəsində ixtisaslaşmış həkimə istiqamətləndirilərək lazımi müalicənin başlanması təmin edilir.

Erkən diaqnostika müalicə şansını artırır

Keçmiş dövrlərdə "səssiz qatil" kimi qəbul edilən və irəliləmiş mərhələlərdə müəyyən edilə bilən yumurtalıq xərçəngi xəstələrin yaşama şanslarını minimuma endirirdi, dövrümüzdə isə inkişaf edən müalicə üsulları və texnoloji yeniliklər yumurtalıq xərçənginin diaqnoz və müalicə şansını artırmağa başlayıb. Həmçinin illik ginekoloji müayinə və ultrasəs təkcə yumurtalıq xərçəngi üçün deyil, bütün pelvis orqanlarının da müayinədən keçməsi mühüm əhəmiyyət daşıyır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Elnarə Cəlilova

Elnarə Cəlilova

Oftalmologiya

Oftalmoloq İş stajı – 17 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...

 


Яндекс.Метрика