Загрузка...

Anadangəlmə ürək qüsurları

Anadangəlmə ürək qüsurları bətndaxili dövrdə qan dövranı sisteminin inkişaf pozğunluqları nəticəsində əmələ gəlir.

Ürək bir orqan kimi bətndaxili həyatın 3-8 həftələrində formalaşır. Anadangəlmə qüsurun səbəbi ana tərəfindən hamiləliyin ilk 3 ayı ərzində keçirilmiş kəskin respirator virus infeksiyaları, qrip, məxmərək, herpes və s. xəstəliklər, siqaret çəkmə, hamiləlik zamanı qadağa qoyulmuş dərmanların qəbulu, eləcə də irsi faktorlar ola bilər.

Anadangəlmə ürək qüsurları müxtəlifdir, ancaq daha geniş yayılmış formaları qulaqcıqlar və ya mədəciklər arasındakı çəpərdə dəlik olmasıdır (sağlam insanlarda bu çəpər tam bağlı olur). Bu dəlikdən arterial qanın bir hissəsi ürəyin sol payından sağ payına (venoz qan axarına) düşür (şəkilə bax). Nəticədə oksigenlə zənginləşmiş arterial qanın bir hissəsi böyük qan dövranına düşmür. Bu zaman orqan və sistemlərin bir çoxuna kifayət dərəcədə oksigen və qidalandırıcı maddələr çatmır. Digər tərəfdən, arterial qanın bir hissəsi kiçik qan dövranına düşərək onun təzyiqini artırır (yükləyir) və ürək daha artıq gərginliklə işləyir. Kiçik qan dövranına nə qədər çox arterial qan düşərsə, qüsur bir o qədər ağırlaşmış olur.

Ağır anadangəlmə ürək qüsuru olan uşaqlar inkişafda yaşıdlarından geri qalır, çox pis çəki artırır, tez-tez xəstələnir, tez yorulurlar. Onlarda təngnəfəslik, sianoz əmələ gəlir, dəri örtükləri avazımış olur.

Anadangəlmə ürək qüsurunun müalicəsi əsasən cərrahi yolla həyata keçirilir, bəzi hallarda ağırlaşmamış qüsurları medikamentoz yolla da müalicə edirlər.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 sema90 10.08.2014 20:23
Allah butun ovladlara saglamliq versin menim balam 8ayliqdi onun da a=ureyinde aciq oval delik var insallah 1yasina kimi baglanmalidi... birde anadangelme xorda var,,,xorda haqqinda da melumat versez yaxsi olar cox narhatam kimi deyir qorxulu deyil insallah 1ziyan elemaz balama Amin
#2 Administrator 11.08.2014 05:25
Bu linkə keçin və sualınızı pediatra verin: http://saglamolun.az/index.php/pediatriya/968-gunay-resulova.html

Загрузка...
loading...

HƏKİMLƏR

Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq Əmək stajı - 15 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика