Musa Musayev ikinci dəfə infarkt keçirdi - 3 stent qoyuldu

Müğənni Musa Musayevin səhhətində problem yaranıb.

Bu barədə “7 tamam” proqramına qatılan M.Musayevin həyat yoldaşı, sənətçi Təranə Qumral bildirib.

O, M.Musayevin bir neçə gün əvvəl ikinci dəfə infarkt keçirdiyini deyib:

“Birinci dəfə infarkt keçirəndə gizli saxlamışdıq. İstəmədik ki, kimsə bilsin. Mikroinfarkt keçirib, ürək damarlarına 3 stent qoyulub. Hazırda evdə müalicə alır”.

Saglamolun.Az