İspaniya Vətəndaş Müharibəsində yaralanan Respublikaçı əsgərlə bağlı tibbi araşdırma həyata keçirilib. Bu tarixdəki ən qəribə beyin zədələnməsi hadisəsi hesab edilir. 1938-ci ildə başından vurulan əsgər və oyananda dünyanın alt-üst olduğunu görüb.
25 yaşlı xəstə İspaniya vətəndaş müharibəsində döyüşərkən başından güllə yarası alıb. Əsgər iki həftə sonra özünə gələndə şokedici bir dəyişiklik yaşayıb. O, dünyanı alt-üst gördüyünü bildirib.
Bu yaxınlarda “Neurologia”elmi jurnalında dərc edilən yeni araşdırma, xəstənin vəziyyətinin elmi nəzəriyyələri və hadisə hesabatlarında qeydə alınan simptomları bir araya gətirib.
Qeyd olunub ki, xəstə bədəni heç bir hərəkət etmədən yaşılımtıl rəng görməyə başlayıb və obyektlərə tərs baxıb.
Bundan əlavə, onun eşitmə və toxunma qavrayışları da əksinə olub. Yəni, pasient eşitdiyi səsləri və hiss etdiyi toxunuşları gəldiyi yerdən tərs istiqamətdə qəbul edib.
Onun həm normal, həm də tərs vəziyyətdə hərfləri və rəqəmləri oxumaq bacarığı həkimləri də şoka salıb.
Yeni tədqiqatın müəllifləri arasında olan Madridin Komplutense Universitetinin fəxri professoru İzabel Qonzalo qeyd edib ki, yaralanmış əsgər saata istənilən tərəfdən baxaraq təyin edə bilirdi.
Tədqiqatçılar zədələnmənin təsirindən xəstədə əsas 3 sindrom aşkarlayıblar.
Mərkəzi sindrom: Bir çox hisslərdə fasilələrə səbəb olur. Parasentral sindrom: Mərkəzi sindroma bənzəyir, lakin təsirləri bərabər paylanır.
Marjinal sindrom: Müəyyən hisslərlə əlaqəli beyin yollarına təsir göstərir.
Bütün bunlar yeni araşdırmada təfərrüatlı şəkildə göstərilib və bugünkü beyin tədqiqatları və klinik sınaqlar üçün mühüm mənbə olaraq istifadə ediləcək.
medicalmedia.az
Saglamolun.Az