Dönərdən zəhərlənən şagird: Ucuz olduğu üçün aldım

“Orada satılan dönər ucuz olduğu üçün aldım”.

Bu sözləri Oxu.Az-a açıqlamasında ötən gün dönərdən zəhərlənən 149 saylı məktəbin şagirdi Şahin Vəlizadə deyib.

O, dəhşətli ağrılarla xəstəxanaya gətirildiyini qeyd edib:

“Məktəbə getməmişdən qabaq dönər aldım. Yedikdən sonra qəribə heç nə hiss etmirdim. Ancaq üçüncü dərsin sonunda halım pisləşdi. Qaytarmağa başladım. Təcili yardım ilə xəstəxanaya gətirildim. Başım və qarnım çox ağrıyırdı”.

Saglamolun.Az