Üzüm yeyəndə çəyirdəkləri çeynəyib udun. İnanılmaz faydalar!

Üzüm ən faydalı meyvələrdən biridir. Lakin mütəxəssislərin fikrinə görə, üzüm çəyirdəkləri üzümün özündan daha faydalıdır.

Alimlər sübut edib ki, üzümün tərkibində olan faydalı maddələrin 80%-i məhz onun çəyirdəklərindədir.

Üzüm çəyirdəkləri tibdə və kosmetologiyada çox qiymətli müalicəvi məhsul sayılır. Üzüm çəyirdəklərdən yağ, müxtəlif müalicəvi ekstraktlar hazırlanır.

Üzüm çəyirdəyi E vitamini ilə olduqca zəngindir. Bu vitamin ən güclü antioksidantlardan biridir. Antioksidantlar insan orqanizmini müxtəlif ziyanlı təsirlərdən qoruyur. E vitamini üzüm çəyirdəyi yağında zeytun yağı ilə müqayisədə 10 dəfə çoxdur.

Üzüm çəyirdəyinin tərkibində olan Omeqa-6 yağlı turşular damarları aterosklerozdan qoruyur. Nəzərinizə çatdıraq ki, ateroskleroz infarkt və insultun əsas səbəbidir.

Üzüm çəyirdəyinin tərkibində olan unikal resveratrol maddəsi ürəyi və damarları qoruyur.

Üzüm çəyirdəyinin digər faydaları arasında:

- bağırsaqları mexaniki olaraq təmizləyir

- şiş xəstəliklərinin riskini azaldır

- qurd əleyhinə təsirə malikdir.

Üzüm çəyirdəklərindən fayda almaq üçün üzüm yedikdə çəyirdəkləri yaxşı çeynəmək lazımdır. Yalnız bu halda onların tərkibində olan faydalı maddələr orqanizmə düşə bilər.

Nəzərə almaq lazımdır ki, mədə-bağırsaq sistemi xroniki xəstəlikləri zamanı üzüm çəyirdəklərini yemək tövsiyə edilmir. Həmçinin onları yedikdə ehtiyatlı olun, diş emalı zədələnə bilər.

 


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика